“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 yanvar 2020

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Saarland federal torpağına işgüzar səfər edib

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 2020-ci il 28 yanvar tarixində Saarland federal torpağının paytaxtı Saarbrüken şəhərinə işgüzar səfər edib.

Səfir R.Həsənov federal torpağın baş naziri Tobias Hansla görüş keçirib. Saarland Dövlət Administrasiyasında baş tutan görüşdə Azərbaycan və Almaniya arasında münasibətlərin tarixi və bugünü barədə ətraflı fikir mübadiləsi aparılıb. Səfir Azərbaycanda alman məskənlərinin salınmasından başlayan 200 illik ümumi tarixin Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla yüksək səviyyədə qeyd edildiyini vurğulayıb. Hal-hazırda dövlətlərimiz arasında bütün sahələrdə münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini qeyd edən R.Həsənov Almaniyanın Federal Kansleri Anqela Merkelin 2018-ci ildə Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verdiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin Azərbaycan və Almaniya, o cümlədən Saarland torpağı arasında iqtisadi və humanitar sahələrdə mövcud münasibətlər və əməkdaşlıq imkanları müzakirə edilib. R.Həsənov Azərbaycanda gedən inkişaf, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar, nəqliyyat sahəsində həyata keçirilən layihələr, azad ticarət zonası və sənaye parklarının yaradılmasının Almaniya iqtisadiyyatı ilə əməkdaşlıq üçün yaxşı imkanlar açdığını diqqətə çatdırıb və Saarland şirkətlərinin bu imkanları dəyərləndirməsini təklif edib. Səfir baş nazir T.Hansı və Saarland hökumətinin digər nümayəndələrini ölkəmizə səfərə dəvət edib.

Baş nazir T.Hans Azərbaycanda alman dilinin populyarlığı, Goethe Mərkəzinin fəaliyyət göstərməsi, ölkəmizin Alman Akademik Mübadilə Xidməti ilə fəal əməkdaşlıq etməsini, Azərbaycanın dövlət proqramı ilə yüzlərlə gəncin Almaniyada təhsil alması faktlarını böyük maraqla qarşılayıb. Qeyd edilənlərin təmsil etdiyi Saarland torpağı və Azərbaycan arasında daha sıx iqtisadi əməkdaşlıq və yeni tərəfdaşlıq layihələrinə də təkan verəcəyinə ümidini ifadə edib.

Görüşdə o cümlədən Azərbaycanın xarici siyasəti, qonşuları ilə münasibətləri, həyata keçirdiyi transmilli layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb.

Səfir R.Həsənov Saarland Dövlət Administrasiyasının xatirə kitabına imza atıb.

R.Həsənov səfər zamanı həmçinin Süni İntellekt üzrə Alman Tədqiqat Mərkəzində olub. Mərkəzin mətbuat katibi Raynhard Karqer, baş elmi mütəxəssisi Boris Brandherm və azərbaycanlı əməkdaşı Nicat Mehdiyev Azərbaycan səfirini sözügedən elmi təsisatın fəaliyyəti və layihələri barədə məlumatlandırıblar. Eləcə də Mərkəzin beynəlxalq əlaqələri və onun Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib.

Səfir Saarland Sənaye və Ticarət Palatasının Beynəlxalq əlaqələr üzrə direktoru Oliver Qroll və Palataya üzv olan şirkətlərin təmsilçiləri ilə işçi nahar keçirib. Azərbaycan səfiri Azərbaycan iqtisadiyyatı, Almaniya ilə əlaqələri, ikitərəfli əməkdaşlıq potensialı, ölkəmizdə investisiya imkanları, regionun geosiyasi xüsusiyyətləri, Azərbaycanda siyasi və iqtisadi sabitlik barədə həmsöhbətlərini məlumatlandırıb və çoxsaylı sualları cavablandırıb. O, Sənaye və Ticarət Palatasını Azərbaycandakı iqtisadi imkanlarla daha yaxından tanış olmaq üçün ölkəmizə səfər etməyə, həmçinin Bakıda fəaliyyət göstərən Alman Xarici Ticarət Palatası ilə təmas qurmağa çağırıb.  

R.Həsənov həmçinin Saar Tarix Muzeyinə baş çəkib, orada Saarland torpağının 20-ci əsrin 20-ci illərdəki vəziyyətini əks etdirən sərgi ilə əyani surətdə tanış olub.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti