Azərbaycanın Almaniyakı səfiri Almaniyanın aparıcı radio kanalları - Deutschlandfunk və Kontrafunk-a müsahibələr verib
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyanın aparıcı radio kanalları olan Deutschlandfunk və Kontrafunk-a müsahibələr verib. Radio müsahibələr sözügedən radio kanallarının rəsmi internet səhifələrində izləyicilərin diqqətinə təqdim olunub. N.Ağayev müsahibələrində Azərbaycanı anti-terror tədbirlərinə vadar edən səbəblər, təxminən 30 il əvvəl Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi hərbi təcavüz, Azərbaycan ərazisinin 20%-ni zəbt etməsi, işğal olunmuş ərazilərdə həyata keçirdiyi etnik təmizləmələr, maddi və mədəni irsimizi barbarcasına məhv etməsi, 1 miyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi və s.-dən ətraflı söhbət açıb.
Müsahibələrlə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:
DEUTSCHLANDFUNK
KONTRAFUNK