Berlin Beynəlxalq Məktəbində keçirilmiş “Beynəlxalq Gün” tədbirində Azərbaycandan olan şagirdlər təmsil olunub
18 iyun 2022-ci il tarixində Berlin şəhərində Berlin Beynəlxalq Məktəbi tərəfindən “Beynəlxalq Gün” tədbiri təşkil edilib. Tədbirdə məktəbdə təhsil alan 27 ölkədən, o cümlədən Səfirliyimizin dəstəyi ilə Azərbaycandan olan şagirdlər təmsil olunub. Azərbaycanlı şagirdlər tərəfindən tədbir zamanı stend qurulub, orada ölkəmizin mədəniyyətinə, incəsənətinə və turistik imkanlarına dair müvafiq əyani materiallar nümayiş olunub və paylanılıb, eləcə də ziyarətçilərə milli mətbəx nümunələrimiz təqdim olunub. Gün ərzində milli stendimizə çoxlu sayda qonaqlar baş çəkib.