“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 may 2024

Berlində Azərbaycan ədəbiyyatından alman dilinə çoxsaylı tərcümələr etmiş Liliane Qrimmin xatirəsi anılıb

Mayın 16-da Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində tərcüməçi Liliane Qrimmin xatirəsinə həsr olunmuş “Ədəbi tərcümələr mədəni körpü rolunda“ adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev avstriyalı tərcüməçi və mətn korrektoru Liliane Qrimmin Azərbaycan ədəbiyyatının almandilli məkanda tanıdılmasında oynadığı roldan bəhs edib. Qeyd edilib ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətinə böyük sevgi bəsləyən Liliane Qrimm Azərbaycan dilini dərindən öyrənmiş, dəfələrlə Azərbaycana səfərlər etmiş, Vyana Universiteti və Bakı Dövlət Universitetində Azərbaycan dili kurslarında dil biliklərini təkmilləşdirmişdi. Azərbaycanı özünün ikinci Vətəni hesab edən Liliane Qrimm Azərbaycan ədəbiyyatının tərcüməsi ilə yaxından məşğul olmuş, bir çox xalq ədəbiyyatı və ədəbi əsərləri alman dilinə tərcümə etmiş, kitabları Berlin və Vyanada nəşr olunub. Bundan başqa Xocalı Soyırımına, Ermənistanın Azərbaycana qarşı təcavüzünə həsr olunmuş kitab və digər materialların alman dilində  hazırlanmasında yaxından iştirak edib.

Vurğulanıb ki, Azərbaycana qəlbən bağlı olan L. Qrimm öz bədii tərcümələri ilə əsl mədəniyyətlərarası körpü yaratmağı bacarmış, Azərbaycanda özünə çoxlu dostlar qazanmışdı. Səfir Nəsimi Ağayev, həmçinin Vyanada Azərbaycan səfirliyində işlədiyi və Vyana Universitetində Azərbaycan dilini tədris etdiyi illərdə Liliane Qrimm ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Səfir çıxışının yekununda bu tədbirin Azərbaycanın öz dostlarına verdiyi dəyərin təcəssümü olduğunu, ölkəmizin öz dostlarını heç zaman unutmadığını diqqətə çatdırıb.

Sonra Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəli “Azərbaycan-alman mədəni əlaqələri ədəbi tərcümələrin işığında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan və alman ədəbi əlaqələrinin tarixi inkişafı, müxtəlif dövrlər, mühüm müəlliflər, əsərlər, tərcüməçilər və nəşriyyatlar barədə məlumat verilib, əlaqələrin müasir inkişaf tendensiyalarından bəhs edilib. L. Qrimmin yaradıcılıq fəaliyyətinə toxunan E. Niftəli onun Azərbaycan ədəbiyyatından tərcümələrə nəcə həssaslıq və peşəkarlıqla yanaşması, yüksək bədii zövqlə həm nəsr, həm də nəzmlə tərcümələr etməsi, tərcümələrdə orijinala sadiqliklə yanaşı alman dilində bədii keyfiyyətli mətnlərin yaranmasına xüsusi diqqətlə yanaşdığını diqqətə çatdırıb.

Çıxışlardan sonra Liliane Qrimmin Azərbaycan ədəbiyyatından etdiyi tərcümələrdən bədii qiraət Melissa Abbasov tərəfindən təqdim edilib.

Bədii hissədə isə Berlində yaşayan azərbaycanlı pianoçu Nərmin Nəcəfli Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti