“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 fevral 2023

Berlində „Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib

Almaniyanın „Business & Diplomacy“ jurnalının təşkilatçılığı ilə 14 fevral 2023-cü il tarixində Berlində „Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib. Tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycana dair qısa video-çarx nümayiş etdirilib.

Sonra Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin aparıcıları, „Business & Diplomacy“ jurnalının əməkdaşları - Frank Şüttiq və Rayner Şubertin sualları əsasında Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi-sosial inkişafı, qonşuları ilə münasibətləri, Azərbaycandakı alman irsi, Azərbaycan-Almaniya münasibətləri və s. barədə tədbir iştirakçılarına məlumat verib. N.Ağayev Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət quran, qadınlara seçmək və seçilmək haqqı tanıyan, zəngin mədəniyyətə və multikultural dəyərlərə malik olan ölkə olduğunu bildirib. Səfir Azərbaycanın enerji sahəsində Avropa ilə fəal əməkdaşlıq etdiyini və Aİ-nın etibarlı tərəfdaşı olduğunu qeyd edib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən transregional layihələr - Cənub Qaz Dəhlizi, TAP, TANAP  və s.- dən bəhs edən N.Ağayev bu qarşılıqlı faydalı əməkdaşlığın Aİ, o cümlədən Almaniya ilə münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.

Daha sonra N.Ağayev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən yer üzündən silinməsi, Azərbaycanın mədəni və dini abidələrinə qarşı aparılmış mədəni soyqırımı, Laçın-Xankəndi yolu ətrafında ölkəmizə qarşı aparılan qərəzli kampaniya və s.  barədə məlumat verib.

Tədbir zamanı iştirakçılara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıntıların miqyasını əks etdirən məlumatlar, turizm kitabçaları, habelə digər materiallar paylanıb.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti