Berlində azərbaycanlı rəssamlar İbrahim Əhrari və Salhab Məmmədovun əsərlərindən ibarət sərginin açılışı olub
7 may 2017-ci ildə Berlin şəhərində yerləşən “Baki-Berlin” qalereyasında azərbaycanlı rəssamlar İbrahim Əhrari və Salhab Məmmədovun əsərlərindən ibarət sərginin açılışı olub.
Sərginin açılış mərasimində qalereyanın yaranma tarixindən, uğurlarından, burada indiyədək çox sayda məşhur rəssamların əsərlərinin nümayiş etdirilməsindən, habelə “Bakı-Berlin” qalereyasının Azərbaycan-Almaniya mədəni əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub.
Sərgidə nümayiş etdirilən rəsm əsərlərinin mahiyyəti və onların kökündə şərq və qərb rəssamlığına məxsus elementlərin sintezinin dayanması barəsində qonaqlara məlumat verilib.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin əməkdaşları, alman incəsənət aləminin nümayəndələri, Berlin şəhərinin sakinləri və Azərbaycan icmasının üzvləri iştirak edib.
Sərgi cari ilin iyun ayınadək davam edəcək.