“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 dekabr 2023

Berlində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş geniş tədbir keçirilib

Dekabr ayının 12-də Azərbaycanın Almaniyadakı səfirliyi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Heydər Əliyev – müasir Azərbaycan-Almaniya münasibətlərinin banisi” mövzusunda geniş tədbir təşkil edib. Tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, ümumilikdə 300-ə yaxın qonaq iştirak edib.  

Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Sonra çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi mühüm və əvəzedilməz xidmətlərdən danışıb. Qeyd edib ki, məhz onun səyləri nəticəsində Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısı alınıb, sabitlik bərpa olunub və ölkə tədricən inkişaf yoluna qədəm qoyub. Səfir vurğulayıb ki, Azərbaycanın müstəqil dövlət quruculuğu və balanslı xarici siyasətinin formalaşması Ulu Öndərin adı ilə bağlıdır. Əlavə edib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar olması ilə nəticələnmişdir. 

Daha sonra çıxış edən Federal İqtisadi Təşviq və Xarici Ticarət Assosiasiyasının icraçı direktoru Urs Unkauf Heydər Əliyevin Azərbaycan-Almaniya münasibətlərinin formalaşmasında oynadığı roldan, münasibətlərə mühüm töhfə verən Almaniya səfərlərindən, habelə alman rəsmiləri ilə keçirdiyi görüşlərindən danışıb. U.Unkauf vurğulayıb ki, Heydər Əliyev Qərb ölkələri arasında Almaniya ilə münasibətlərə xüsusi önəm verib və bu münasibətlərin dinamik, yüksələn xətlə inkişafı üçün əlverişli zəmin hazırlayıb. 

Tədbir çərçivəsində həmçinin Almaniyada yaşayan və fəaliyyət göstərən gənc azərbaycanlı rəssam Günay Şəmsinin çəkdiyi Heydər Əliyev portretinin təqdimatı keçirilib. Rəssam tədbir iştirakçılarına onu bu rəsm əsərini çəkməyə həvəsləndirən amillər barədə məlumat verib.  

Çıxışlardan sonra keçirilən konsertdə Almaniyada yaşayan və fəaliyyət göstərən soydaşımız - dirijor, skripkaçı və bəstəkar Anar İbrahimovun rəhbəri olduğu “Reyn virtuozları” adlı kamera orkestrinin ifasında tanınmış Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. 

 

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/b3awwxhFd3M  

  

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti