“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 fevral 2017

Berlində Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə növbəti tədbir keçirilib

Almaniyada Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində növbəti müzakirələr 24 fevral 2017-ci ildə Berlindəki Türk Alman Sahibkarlar Birliyinin ofisində Türk-Azərbaycan Birliyi və Atatürkçü Düşüncə Dərnəyi tərəfindən təşkil olunub.  

Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə çıxış edib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan xalqının qan yaddaşında Xocalı soyqırımının yerindən bəhs edib. R.Həsənov Azərbaycan və türk diasporlarının Qarabağ həqiqətlərinin dünyaya tanıtdırılması işində rolunu vurğulayıb və onların gələcəkdə bu istiqamətdə fəaliyyətlərinin əlaqələndirilməsinin vacibliyini qeyd edib.

Türkiyə Respublikasının AFR-dəki Səfirinin birinci müşaviri Nuray İnöntəpə çıxış edərək Türkiyə Xarici İşlər Nazirliyinin Xocalı soyqırımına dair verdiyi bəyanatı səsləndirib. N.İnöntəpə Xocalı soyqırımını insanlığa qarşı törədilmiş cinayət adlandırıb.

Tədbirdə azərbaycanlı yazıçı və publisist Səriyə Cəfərovanın müəllifi olduğu Xocalı soyqırımının qurbanları haqqında “Onlar daha böyüməyəcəklər” filmi, eləcə də kinematoqraf Məsud Pənahinin rəhbərliyi ilə Almaniyada çəkilmiş Xocalı soyıqırımına dair cizgi filmi nümayiş etdirilib. Xocalı soyqırımının canlı şahidi olan S.Cəfərova həmin hadisələrdən olan acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.   

Tədbirdə Türkiyə Respublikasının Berlindəki Baş Konsulu Mustafa Çəlik, Türk-Azərbaycan Birliyinin rəhbəri, Bundestaqın keçmiş deputatı Hakkı Kəskin, Türk Alman Sahibkarlar Birliyinin rəhbəri Bahəddin Kaya, Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.

 

Berlin, 24 fevral 2017-ci il

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti