“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 dekabr 2019

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Berlində tədbir keçirilib

27 dekabr 2019-cu il tarixində Berlin şəhərində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi və Almaniya Azərbaycanlılarının Alyansının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev çıxış edərək azərbaycanlıların birliyinin və həmrəyliyinin ölkəmiz və xalqımız üçün əhəmiyyətindən söz açıblar.

Çıxışlarda diaspora ilə işin hər zaman Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin diqqət mərkəzində olduğu, məhz onun sayəsində diasporla işin dövlət siyasətinin istiqamətlərindən birinə çevrildiyi qeyd olunub. Bu cür siyasətin əsas məqsədinin xarici ölkələrdə yaşayan soydaşların öz vətənlərinə bağlılığını, milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın maraqlarının təmin edilməsində xaricdə yaşayan azərbaycanlıların rolunu artırmaq, eləcə də diasporun hüquqlarının qorunmasını təmin etməkdən ibarət olduğu bildirilib. Bu siyasətin hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi nəzərə çatdırılıb.

Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sosial, mədəni sahələrdə rəsmi səviyyədə aparılan siyasətin vətəndaş səviyyəsində nümayiş etdirilən müvafiq həmrəylik və təşəbbüslərlə tamamlanmasının həmin siyasətin daha səmərəli nəticələr verməsinə töhfə verdiyi qeyd edilib. Ölkəmiz üçün əsas problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin təxminən 20 faizinin işğal edilməsi, təxminən 1 milyon azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqət mərkəzində saxlanılması, Ermənistan tərəfindən, habelə xarici dövlətlərdə fəaliyyət göstərən erməni diaspor təşkilatları və erməni mənşəli şəxslər tərəfindən ölkəmizə qarşı atılan addımların qarşısının alınmasında Azərbaycan diasporunun aktiv fəaliyyətinə hər zaman ehtiyac duyulduğu diqqətə çatdırılıb.

Almaniyadakı diaspor nümayəndələri tərəfindən həyata keçirilən tədbirlərin məzmunu və miqyasının müxtəlif olduğu, bu tədbirlərin Azərbaycan həqiqətlərinin Almaniya cəmiyyətinə çatdırılmasına, milli-mədəni irsimizin, adət-ənənələrimizin təşviqinə xidmət etdiyi qeyd edilib. Hal-hazırda Almaniyada müxtəlif diaspor təşkilatlarını özündə birləşdirən Almaniya Azərbaycanlıları Alyansının fəaliyyət göstərdiyi, Berlində və Kölndə Azərbaycan Evlərinin açıldığı bildirilib. Diaspora nümayəndələrinin iştirakı ilə elmi-praktiki konfrans, seminar, milli bayram, aksiya, hüzn və anım günləri kimi tədbirlərin yüksək səviyyədə qeyd olunmasının artıq ənənə halını aldığını vurğulanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan, Paris Sülh Konfransına ezam olunmuş Azərbaycan nümayəndə heyətinin üzləşdikləri çətinliklərə və çoxsaylı fədakarlıqlara baxmayaraq AXC-nin beynəlxalq miqyasda tanınmasına nail olmalarını əks etdirən “Əbədi ezamiyyət” sənədli filmi tədbirdə nümayiş olunub. Film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir Azərbaycan xalq mahnılarından ibarət musiqi proqramı ilə davam etdirilib və tədbir iştirakçılarına ziyafət verilib.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti