“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 oktyabr 2017

Frankfurt Beynəlxalq Kitab Sərgisi zamanı “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib

Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin və Almaniyadakı səfirliyimizin təşkilatçılığı ilə milli pavilyonda “Azərbaycan Odlar Yurdu” adlı tədbir keçirilib.

Tədbirdə diasporumuzun üzvləri, Almaniya ictimaiyyətinin nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etdilər.

Tədbiri giriş sözü ilə Avropa Əməkdaşlıq Forumunun sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Samira Patzer-İsmailova açaraq son illərdə Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində aparılan uğurlu fəaliyyətin nəticəsi kimi ölkəmizə səfər edən almanların sayının artdığını qeyd edib.

Tədbir zamanı "Azərbaycan almanların gözü ilə" mövzusunda 2016-cı ildə Almaniyanın “Vinand” nəşriyyatı tərəfindən çap olunmuş “Azərbaycanda qonaq olarkən” kitabının müəllifi fotoqraf Barbara Luterbek ölkəmiz haqqında öz təəssüratlarını bölüşüb. Azərbaycanın böyük turizm potensialına, xarici vətəndaşları maraqlandıran qədim və zəngin mədəni irsə malik olduğunu qeyd edib.

Müzakirələrin davamı olaraq, “Vinand” nəşriyyatının rəhbəri Mixael Vinand və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Azərbaycanda və Almaniyada kitab nəşri haqqında fikir mübadiləsi aparıblar. K.Tahirov Azərbaycanda ildən-ilə kitaba marağın artdığını, kitab çapının, özəl nəşriyyat və mətbəələrin sayının çoxaldığını, dövlətin bu sahəyə xüsusi qayğı göstərdiyini bildirib.

Daha sonra “Mədəniyyətlərarası təbabət və Kommunikasiya" adlı kitabın müəllifi, əyalət parlamentinin sabiq üzvü Rahim Şmidt yaxın zamanlarda işıq üzü görmüş kitabı haqqında iştirakçılara məlumat verib.

"Azərbaycanlılar Almaniyada” mövzusu ətrafında Frankfurt və yaxın şəhərlərdə yaşayan diaspor nümayəndələri: "Maints Azərbaycan Cəmiyyəti"nin sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Frankfurt şəhərinin kommunal xaricilər nümayəndəliyinin sədri Cümə Məmmədov, Azərbaycan Dağ Yəhudiləri Cəmiyyətinin sədri Orxan Şafadyayev, Frankfurt Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə İskəndərova, alman dilində dərc olunan "İRS" jurnalının baş redaktoru Vüqar Aslanov (Dəmirbəyli) buradakı fəaliyyətləri barədə iştirakçılara məlumat verdilər.

Həmçinin müzakirə mövzularına dair materiallar, fotoşəkillər video formatında təqdim olunub.

AZƏRTAC

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti