“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 iyul 2024

Hamburq Universitetində Azərbaycanın milli musiqi alətləri ilə bağlı təqdimat keçirilib

Almaniyanın qabaqcıl ali təhsil ocaqlarından biri olan Hamburq Universitetinin müsiqişünaslıq fakultəsində təhsilini davam etdirən Bakı Musiqi Akademiyasının məzunu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Abdullayeva (Manafova) Cəmilə Azər qızı 5 iyul tarixində qeyd olunan Universitetdə maraqlı bir təqdimat ilə çıxış edib. Təqdimat izləyicilərin böyük rəğbətini qazanıb. Abdullayeva mühazirədə alman dilində çıxış edərək, Azərbaycanın milli sərvəti, xalq mədəniyyətinin mühüm daşıyıcılarından biri, özünəməxsus görüntüsü və səsi ilə seçilən qədim nəfəs alətləri olan balaban, zurna və tütəyin tarixi etimologiyası, hazırlanma üsulları, ifa texnikası və bir sıra başqa özəlliklərini professor-müəllim heyətinə, yerli və xarici ölkələrdən gələn tələbələrin nəzərinə çatdırıb.

 

Mühazirədə alətlərin solo və ya qrup şəklində sosial, mədəni və mənəvi tələbatlara müvafiq yaradılması, dizayn, səslənmə və texniki imkanlarına əsasən dinləyicilərin musiqi təfəkkürünün, estetik zövqlərinin formalaşdırılmasındakı rolu vurğulanıb. Onların Azərbaycan xalqı tərəfindən böyük məhəbbət qazanması qeyd edilərək, həmin alətlərin mahir ifaçıları  haqqında geniş məlumatlar video və audio yazılar əsasında nümayiş etdirilib.

 

1977-ci ildə NASA tərəfindən kosmosa göndərilən “Voyager” kosmik uçuş aparatlarına bərkidilmiş “Qızıl Val”a dünya musiqi irsinin nümunələri olaraq Bax, Motsart və Bethovenin əsərləri ilə yanaşı, balabanda ifa edilən Azərbaycan “Şur” muğamının da əlavə edilməsi faktı iştirakçıların diqqətinə çatdırılıb.

 

Bundan əlavə, mühazirədə balaban, zurna və tütəyin milli bəstəkarlarımız tərəfindən bəstələnən opera, operetta, sonata, pyes, konsert və digər musiqi janrlarında istifadəsi, orkestrlərin səslənmə koloritinin milli çalarlarla zənginləşdirilməsindən də söhbət açılıb.

 

Maraqlı mühazirənin sonunda iştirakçılara Azərbaycanın milli şirniyatları təqdim olunub. 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti