İkinci Dünya Müharibəsində qələbənin 74-cü ildönümü münasibətilə Berlində tədbirlər keçirilib
9 may 2019-cu ildə İkinci Dünya Müharibəsində qələbənin 74-cü ildönümü münasibətilə Berlin şəhərində keçirilmiş tədbirlərdə səfirliyimiz də iştirak edib. Səfir Ramin Həsənov şəhərin Treptov Park və Tirqarten ərazilərində yerləşən abidələrin önünə əklillər qoyub.Tədbirlər çərçivəsində o, Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə əhəmiyyətli töhfələr verdiyini, 600 mindən çox azərbaycanlının cəbhəyə yollandığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu, müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini bildirib. Şanlı Qələbənin əldə edilməsində Bakı neftinin əvəzsiz töhfəsinin olduğunu xüsusi qeyd edib.Tədbirlərdə Almaniya Xarici İşlər Nazirliyinin,digər dövlət qurumlarının nümayəndələri,Bundestaqın deputatları,KİV təmsilçiləri və diplomatik korpusun üzvləri iştirak ediblər.