“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 mart 2019

Ölkəmiz Almaniyada beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycanın turizm imkanlarının dünyamiqyaslı təbliğatı məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu 20-dək turizm şirkəti ilə birgə Almaniyada “İTB Berlin 2019” turizm sərgisində ölkəmizi təmsil edir.

Martın 6-dan 10-dək davam edəcək sərgidə ölkəmiz üçün 100 kvadratmetrlik sahədə yeni turizm brendimizə uyğun dizayn edilmiş stend qurulub.

Sərgidə “Salam Tourism and Travel”, “ENC Tours”, “Baku Hospitality Group”, “Lets go”, “Spektr Travel”, “Al Travel”, “Era Travel”, “TRHAL Travel Agency”, “Silk Way Travel”, “JW Marriott Absheron Baku”, “PASHA Travel”, “Golden Globe International”, “Gilan Hospitality Group”, “Shamakhi Palace Sharadil Hotel”, “Ok Tours”, “Pullman Baku”, “Absheron Hotel Group”, “Touronline.az”, “Geo Travel”, “Hello Azerbaijan” turizm şirkətləri və hotellərinin nümayəndələri iştirak edirlər. Azərbaycan Hava Yolları isə ayrıca stendlə təmsil olunur.

“Almaniya dünyanın ən böyük getmə turizm bazarlarından biridir. Alman turistlər səyahət və istirahətin müxtəlif növlərinə maraq göstərirlər. Məhz buna görə də Azərbaycanın turizm potensialının burada tanıdılması xüsusi önəm kəsb edir. Azərbaycan alman səyahətçilərə təqdim etmək üçün genişhəcmli turizm imkanlarına malikdir”, - deyə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın “İTB Berlin” sərgisində iştirakını şərh edərək bildirib.

Ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov stendimizi ziyarət edərək sərginin işinə uğurlar arzulayıb.

Xatırladaq ki, sərginin ilk günü Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri və influenserlerinin iştirakı ilə Azərbaycan mədəniyyətinin tanıtımı üçün xüsusi tədbir təşkil olunacaq. Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım” adlı fotosərgisi nümayiş etdiriləcək, bəstəkar və pianoçu İsfar Sarabski çıxış edəcək, tarda milli musiqilərimiz tədbir iştirakçılarına təqdim olunacaq.

Mənbə:https://azertag.az/xeber/Olkemiz_Almaniyada_beynelxalq_turizm_sergisinde_temsil_olunur-1255049 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti