“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 may 2016

Prezident Ilham Əliyevin "Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı" layihəsinin açılış mərasiminin iştirakçılarına müraciəti

Hörmətli toplantı iştirakçıları!

Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi münasibətilə hər birinizi və sizin simanızda bütün gənclərimizi səmimi qəlbdən təbrik edirəm. Avropanın müxtəlif ölkələrini təmsil edən qonaqları salamlayır, "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.

Korifey sənətkarların, görkəmli elm və dövlət xadimlərinin yurdu olan Gəncə öz zəngin keçmişi, təkrarolunmaz maddi və mənəvi mədəniyyət abidələri ilə məşhurdur. Son illər həyata keçirilən tədbirlər nəticəsində bu tarixi diyarın görkəmi xeyli dəyişmiş, infrastrukturu əsaslı şəkildə yenilənmişdir. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilmişdir.

Avropa ilə Asiyanın, xristian və müsəlman sivilizasiyalarının qovuşduğu məkanda yerləşən Azərbaycan Respublikası unikal coğrafi mövqeyə malikdir. Tolerantlıq və multikulturalizm bütün tarix boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz dəyərləri olmuşdur. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Bu baxımdan, Gəncənin "Avropa gənclər paytaxtı" seçilməsi tamamilə təbii və qanunauyğun bir haldır. Şübhəsiz, şəhərimizin belə nüfuzlu ada layiq görülməsində gənclər siyasəti sahəsində qazanılmış uğurlar, ölkəmizdəki gənclər təşkilatlarının uyğun profilli beynəlxalq platformalarla sıx əməkdaşlığı, region, qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyimiz də mühüm rol oynayıb.

2016-cı il ərzində Gəncə ölkə və qitə gənclərinin ən çox üz tutacağı, layihə həyata keçirəcəyi məkanlardan biri olacaq. Bu isə Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, tarix və mədəniyyətimizin, müstəqillik illərində qazandığımız nailiyyətlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edəcəkdir. Mən Gəncədəki tədbirlərin reallaşmasına kömək göstərmək məqsədilə xüsusi sərəncam imzalamış, aidiyyəti nazirliklərə, dövlət komitələrinə və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna müvafiq tapşırıqlar vermişəm. Şübhə etmirəm ki, nəzərdə tutulmuş bütün layihələr dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının birgə səyi ilə yüksək səviyyədə icra ediləcək, Gəncə şəhəri "Avropa gənclər paytaxtı" adına layiq olduğunu əyani şəkildə nümayiş etdirəcəkdir. Bu yolda hamınıza uğurlar arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2016-cı il

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti