Səfir Ramin Həsənov iftar yeməyində iştirak edib
13 iyun 2017-ci ildə Berlində Birləşmiş Ərəb Əmirliyinin Almaniyadakı Səfirliyi və Almaniyadakı Müsəlmanların Mərkəzi Şurasının təşkilatçılığı ilə iftar süfrəsi keçirilib. Almaniyanın Vitse-kansleri və Xarici işlər naziri Ziqmar Qabrielin, eləcə də Berlində akkreditə olunmuş müsəlman ölkələrinin səfirlərinin iştirak etdiyi tədbirə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da qatılıb.