“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 iyun 2017

Səfir Ramin Həsənov “Inside Wirtschaft“ xəbər saytına müsahibə verib

12 iyun 2017-ci il tarixində “Inside Wirtschaft“ iqtisadi təmayüllü xəbər saytının səfir Ramin Həsənovla video-müsahibəsi dərc edilib. Səfir müsahibədə Azərbaycan-Almaniya iqtisadi münasibətlərinə dair sualları cavablandırır. 

Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin inkişaf səviyyəsini dəyərləndirən R.Həsənov iki ölkə arasında bütün sahələrdə yaxşı münasibətlərin, o cümlədən ən yüksək səviyyədə intensiv siyasi dialoqun mövcud olduğunu bildirir. Səfir qeyd edir ki, iqtisadi münasibətlərin inkişaf səviyyəsindən razı olsaq da, iki ölkə arasında iqtisadi əməkdaşlıq daha böyük potensiala malikdir.

Səfir bildirir ki, 2016-cı ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsi təxminən 2 milyard Avro təşkil edib. Azərbaycan Almaniyaya neft və neft məhsulları ixrac edir və Almaniyanın xam neft idxalında 5-ci pillədədir. 2017-ci ilin ilk rübündə Almaniya Azərbaycanın 5-ci ən mühüm ticarət tərəfdaşı olub. Azərbaycan Almaniyanı özünün qeyri-neft məhsullarının ixracı üçün strateji bazar hesab edir və Azərbaycandan Almaniyaya müxtəlif kənd təsərrüfatı məhsulları ixrac edilir. Azərbaycan Almaniyadan əsasən dərman vasitələri, inşaat materialları, kimyəvi maddələr, yüksək texnologiyalı avadanlıqlar, eləcə də kənd təsərrüfatı məhsulları idxal edir.

Ötən ilin iyun ayında Berlin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və AFR-in Vitse-kansleri və o zamankı iqtisadiyyat naziri Ziqmar Qabrielin iştirakı ilə keçirilmiş Azərbaycan-Almaniya İqtisadi Forumuna toxunan Səfir bu tədbirin ölkələrimiz arasındakı iqtisadi-ticarət münasibətlərdə yeni mərhələ açdığını bildirir. R.Həsənov qeyd edir ki, Forumda hər iki ölkədən 300-dən artıq şirkət iştirak edib və bunun ardınca çoxsaylı qarşılıqlı səfərlər baş tutub. Hazırda Azərbaycanda təxminən 170 alman şirkəti, eləcə də Alman-Azərbaycan Xarici Ticarət Palatası fəaliyyət göstərir. Azərbaycan şirkətləri Almaniyada keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə fəal surətdə iştirak edirlər.

Azərbaycanın bir sıra transregional layihələrin təşəbbüskarı və icraçısı olduğunu bildirən səfir cari ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Çin arasındakı daşımalar üçün ən qısa quru nəqliyyatı yolunun vacib tərkib hissəsi olacağını və bunun alman şirkətləri üçün də yeni imkanlar açacağını bildirir.

Cənub Qaz Dəhlizi layihəsi barədə verilmiş sualı cavablandıran R.Həsənov Azərbaycanın Avropa İttifaqı və Almaniyanın strateji və etibarlı enerji tərəfdaşı olduğunu qeyd edir. Bildirir ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm oyunçudur. 2020-ci ildə tam istifadəyə verilməsi gözlənilən Cənub Qaz Dəhlizi Avropa İttifaqının enerji təchizatının diversifikasiyasına və enerji təhlükəsizliyinin gücləndirilməsinə müsbət töhfə verəcəkdir.         

Səfir vurğulayır ki, ilkin dəyəri təxminən 45 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsinin hər dörd komponenti üzrə işlər uğurla davam etməkdədir. Layihənin tərkib hissələri olan “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəməri sisteminin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşaatı üzrə işlərinin əksəriyyəti tamamlanmışdır. Təqribən 3500 kilometri əhatə edəcək Cənub Qaz Dəhlizi sayəsində Azərbaycanın təbii qazının İsveçrə vasitəsilə Almaniyaya da çatdırılması mümkün olacaqdır.

Neftin qiymətinin düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə verilmiş sualı cavablandıran səfir Azərbaycanın hər zaman enerji ehtiyatlarından əldə etdiyi gəlirləri ölkə iqtisadiyyatının digər sektorlarının inkişafına yatırdığını və bununla da ölkə iqtisadiyyatını daim şaxələndirdiyini vurğulayır. R.Həsənov qeyd edir ki, ölkəmiz bir sıra iqtisadi islahatlar və tədbirlər həyata keçirir və bununla da neftin qiymətindəki dəyişkənliyin ölkə iqtisadiyyatına göstərə biləcəyi təsirləri neytrallaşdırmağa çalışır. Səfir əlavə edir ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığını, o cümlədən iqtisadi və maliyyə sabitliyini təmin etmək məqsədilə ölkəmiz iqtisadiyyatın daha da liberallaşdırılması, biznes və investisiya mühitinin təkmilləşdirilməsi, ticarət və gömrük prosedurlarının asanlaşdırılması istiqamətində tədbirlərini davam etdirir.

Azərbaycan iqtisadiyyatının diversifikasiyasında alman şirkətlərinin mümkün roluna toxunan səfir Almaniyanın zəngin iqtisadi təcrübəsinin və yüksək texnologiyalarının Azərbaycan üçün maraqlı olduğunu bildirir və əlavə edir ki, ölkəmiz Almaniyanın rəqəmsallaşdırma, yüksək texnologiyalar və innovasiya sahələrindəki təcrübəsinin öyrənilməsi, eləcə də Almaniyadan elm, innovasiya və texnologiya tutumlu məhsulların idxal edilməsinə həvəslə yanaşır.

 Səfir diqqətə çatdırır ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanda sərmayələr üçün əlverişli mühit və alman şirkətlərinin investisiyaları üçün çoxlu imkanlar vardır. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində çoxlu regional layihələrin Azərbaycan ərazisindən keçdiyini nəzərə alaraq alman şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün böyük potensial mövcuddur. Son dövrlərdə Azərbaycanda rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyaları sahəsində çoxlu işlər görülmüş və bu xüsusda, alman təcrübəsi Azərbaycan üçün mühümdür. Cari ilin ikinci yarısında İKT və nəqliyyat sahələrində Azərbaycan-Almaniya forumlarının keçirilməsi, həmin tədbirlərdə Azərbaycanın nəqliyyat və rəqəmsallaşdırma sahəsindəki imkanlarının nümayiş olunması nəzərdə tutulur ki, bu da şübhəsiz alman şirkətlərinin Azərbaycana maraq göstərmələri, eləcə də iki ölkənin şirkətləri arasında işgüzar əlaqələrin yaradılması üçün yeni imkanlar açacaqdır.

 

            Müsahibə aşağıdakı xəbər saytlarında dərc olunub: 

 

-          http://inside-wirtschaft.de/2017/06/12/aserbaidschan-verkuerzt-den-weg-zwischen-china-und-europa/ 

 

-          https://www.youtube.com/watch?v=MmnPOc9qE-c 

 

-          https://www.wallstreet-online.de/video/9660926-aserbaidschan-verkuerzt-china-europa 

 

-          https://de.finance.yahoo.com/video/aserbaidschan-verk%C3%BCrzt-den-weg-zwischen-070000047.html 

 

-          http://www.arcor.de/content/video/news/5994881,1,%22Aserbaidschan-verk%C3%BCrzt-den-Weg-zwischen-China-und-Europa%22,content.html

 

http://www.finanztreff.de/videos.htn?sektion=marktvideos_inside_wirtschaft&videoId=36749

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti