Səfirliyin növbəti səyyar konsulluq xidməti keçirilib
Səfirliyin növbəti səyyar konsulluq xidməti keçirilib. Bu dəfə Hannoverdə. Xidmət zamanı ümumvətəndaş pasportunun yenilənməsi üçün 100 vətəndaşımızın müraciəti qəbul edilib. Xidmətin keçirilməsi üçün şərait yaradan Hannoverdə Azərbaycan icmasnın fəal üzvü Sevda Yunusovaya təşəkkür edirik.
Növbəti aylarda səyyar konsulluq xidmətinin Almaniyanın digər böyük şəhərlərində də təşkil olunması planlaşdırılır.
Ötən ildən başlayaraq Almaniyanın müxtəlif şəhərlərində səyyar konsulluq xidməti həyata keçirmişik. Nəticədə bu və ya digər səbəbdən Berlinə səfər edə bilməyən 500-dən çox vətəndaşımızın pasport müraciəti qəbul olunmuş, onlara yerində operativ və rahat xidmət göstərilmişdir.