“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2022

Şəhidlərimizin xatirəsi Berlində yad edilib

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Berlin şəhərindəki, əsası 1866-cı ildə qoyulmuş Şəhidlər Məscidində tədbir keçirilib. Şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib. Anım tədbirində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş xatirə posteri yerləşdirilib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərimizə həsr olunmuş video-çarxlar nümayiş etdirilib. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda göstərdiyi fədakar mübarizədən, əsgər və zabitlərimizin nümayiş etdirdiyi qəhrəmanlaqlarından bəhs edib. Diplomat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi nəticəsində silahlı qüvvələrimiz qısa bir müddət ərzində 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizi işğaldan azad edə bilib. N.Ağayev şəhidlərimizi daim böyük minnətdarlıq hissilə andığımızı və onların əziz xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib.

Sonra Türkiyənin Almaniyadakı Səfirliyinin müşavir-elçisi Umut Topçuoğlu çıxış edib. Çıxışında natiq Türkiyənin həm Vətən müharibəsi dövründə, həm də ondan sonrakı dövrdə daima Azərbaycanın yanında olduğunu vurğulayıb, habelə Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyib.

Anım tədbirində həmçinin Türkiyənin Almaniyadakı Səfirliyinin müşaviri Ayfer Fulya Yücekök və Türkiyənin Berlindəki baş konsulu Rıfkı Olgun Yücekök, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, eləcə də Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diasporunun nümayəndələri iştirak edib.

 

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/IzwJYAYJk9M

 

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti