Təyyarə qəzası ilə əlaqədar Azərbaycanda matəm elan edilib
Bu gün Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.
Bununla bağlı 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilmişdir.
Bu dəhşətli faciədə həlak olanlara Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzu edirik!