“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 may 2022

Ümummilli Lider Heydər Əliyevin xatirəsi Berlin şəhərində anılıb

10 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində Ulu Öndərin səfirlikdəki büstü önünə çiçəklər qoyulub, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın milli dövlət quruculuğu və müasir inkişaf strategiyasının müəyyən edilməsi istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. O, Ulu Öndəri dövlətimizin öz tarixinin mühüm və taleyüklü mərhələsinə qədəm qoyduğu bir dövrdə ölkə daxilində və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran siyasi lider kimi xarakterizə edib. Səfir vurğulayıb ki, bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin inkişaf strategiyası müasir dövrdə dövlətimizin milli mənafelərinin effektiv şəkildə müdafiə edilməsinə tam şəkildə imkan yaradır. Məhz sözügedən uzaqgörən siyasət nəticədə 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Ramin Həsənov, ömrünü Vətəninin inkişafına və çiçəklənməsinə həsr etməklə Azərbaycan xalqının ümumilli lideri adını qazanmış dünya miqyaslı siyasətçi - ulu öndər Heydər Əliyevin xalqımızın qəlbində əbədi olaraq qalacağını vurğulayıb.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konsert baş tutub. Konsertdə Almaniyada yaşayan azərbaycanlı musiqiçilər - Nərmin Nəcəfli (piano), Fəridə Rüstəmova (skripka), Nəriman Əkbərov (violonçel) və Güllü Muradovanın (vokal) ifasında Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Vaqif Mustafazadə, Tofiq Quliyev və digər azərbaycanlı, habelə dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun, elmi-siyasi dairələrin nümayəndələri və Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti