Xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə görüşüb.
Görüşdə Azərbaycan–Almaniya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, Azərbaycan–Ermənistan normallaşma prosesi, o cümlədən tarixi Vaşinqton sammiti, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.