“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 fevral 2018

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransı çərçivəsində Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb

Görüş zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci ilin fevral ayında Brüsselə səfərini xatırladaraq bu səfərin Azərbaycan və Avropa Ittifaqı (Aİ) arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirdi. Nazir Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində bütün tərəfdaş dövlətlərin, o cümlədən Azərbaycanın vahid prinsiplər əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə ifadə olunan dəstəyin təqdir olunduğunu dedi. Elmar Məmmədyarov həmsöhbətə bu ilin 11 aprel tarixində konstitusiyaya uyğun olaraq ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə məlumat verdi.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair Saziş layihəsi üzrə aparılan danışıqlara toxunuldu.

Tərəflər enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar və Bakıda 15 fevralda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının IV nazirlər iclasının uğurla keçdiyini vurğuladılar. Uzlaşma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir-yolu və Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulandı. Enerji məsələləri ilə bərabər təhlükəsizlik və nəqliyyat sahələrində də Aİ ilə Azərbaycan arasında dialoq mexanizminin yaradılması müsbət addım kimi qiymətləndirildi.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə cari danışıqlar barədə məlumata verərək işğala əsaslanan mövcud status-kvonun dəyişdirilməsi və münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

http://mfa.gov.az/news/909/5489

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti