“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya

Üçtərəfli bəyanata uyğun olaraq münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuşdur. Münaqişə sonrası dövrdə sülhün saxlanması, bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin öz torpaqlarına qayıtması Azərbaycan üçün mütləq prioritetidir.     

 

Ərazilərin işğaldan azad edilməsi yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun həyata keçirməsini təmin edəcəkdir. Eyni zamanda, azad edilmiş ərazilər və onların zəngin təbii ehtiyatlarının iqtisadi həyata yenidən inteqrasiyası vasitəsilə iqtisadi dirçəliş üçün şərait yaranır.

 

Münaqişənin təsirinə məruz qalmış ərazilərin azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində dinc birgəyaşayışı təmin edilməlidir.

 

Azərbaycan etnik, dini və ya digər mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, münaqişənin təsirinə məruz qalmış ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. Azərbaycan Respublikasının Konstitusiyası bu mənada kifayət qədər möhkəm hüquqi bazanı təmin edir.

 

Hökumət ərazilərin kütləvi dağıntılarla müşayiət olunan, onilliklərdir davam edən işğalın nəticələrinin aradan qaldırılması məqsədilə əməli addımlar atmağa artıq başlamışdır.

 

Bu məqsədlə Azərbaycan 1991-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar yardım üzrə Rəhbəredici Prinsipləri əsasında regionda sülh və stabilliyə töhfə vermək istəyən müvafiq beynəlxalq tərəfdaşlarla, o cümlədən BQXK, BMTQAK və digər BMT qurumları ilə, habelə fərdi dövlətlərlə işləməyə hazırdır. Bu yanaşma beynəlxalq hüquqa, eləcə də BMT-nin humanitar yardım, münaqişə sonrası bərpa və yenidənqurma sahəsində fəaliyyətlərini tənzimləyən qətnamə və sənədlərə əsaslanır və münaqişənin yaralarını sağaltmağa yönəlmış etimad quruculuğu tədbirləri qismində çıxış edəcəkdir.

 

Münaqişə sonrası dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı hərbiçilərin və mülki şəxslərin təhlükəsizliyi və sağlamlığına ciddi təhlükə yaradır. Azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi Azərbaycan Hökumətinin bu ərazilərdə geniş bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi maneələr yaradır. Ən əsası isə bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtma kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir.

Digər tərəfdən, münaqişənin həlli Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması yolu ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni perspektivlər açır. 10 noyabr 2020-ci il tarixli birgə bəyanat xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı ilə daha da inkişaf etdirilmişdir.

11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın imzalanması ilə Azərbaycan, Ermənistan və Rusiya regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başladılar. Kommunikasiya xətlərinin canlandırılması Ermənistan və Azərbaycan ərazisi üzərindən ticarət və nəqletməni əhəmiyyətli dərəcədə həm bu iki ölkənin, həm də tərəfdaşlarımızın xeyrinə artıracaqdır. Bu proses normallaşmanın əhəmiyyətli amili olacaq, bölgədə və onun hüdudlarından kənarda davamlı sülh və sabitlik üzrə şəraitin yaradılmasında müsbət rol oynayacaqdır.

Paylaş
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti