Azərbaycanda insan kapitalının daha da gücləndirilməsi, elm və təhsilin inkişafının təşviq olunması məqsədilə Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, eləcə də ikitərəfli elmi-akademik əməkdaşlıq ölkəmiz üçün maraq kəsb edir.
Almaniya hazırda azərbaycanlıların təhsil almaq üçün üz tutduqları ölkələr arasında ilk sıralarda yer alır.
“Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Almaniyanın aparıcı ali təhsil ocaqları və Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə sıx əməkdaşlıq edilir. Bu xüsusda, 2016/2017-ci akademik ili üzrə Almaniyanın ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı 240 nəfər olmuşdur. 2007-2017-ci illər üzrə bu rəqəm 1974 təşkil etmişdir.
Ölkəmizdə 1997-ci ildən etibarən fəaliyyət göstərən DAAD Almaniyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə təqaüdlər ayırır və alimlərin mübadiləsini təşviq edir. 2019-cu ildə Azərbaycandan 304 tələbə DAAD təqaüdü almışdır. Ümumilikdə hazırda 1600-ə yaxın azərbaycanlı Almaniyada təhsil alır.
2010-cu ildən etibarən Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyət göstərir.
Almaniya və Azərbaycan universitetləri və tədqiqat institutları arasında elmi-akademik əməkdaşlıq haqqında indiyədək 20-dən artıq sənəd imzalanmışdır.
Azərbaycanın və Almaniyanın əməkdaşlıq edən ali təhsil və elm müəssisələrinin siyahısı:
- “ADA” Universiteti – “Eichstätt - Ingolstadt” Katolik Universiteti;
- Bakı Dövlət Universiteti – “Halle-Wittenberg Martin-Luther“ Universiteti, “Jena Friedrich-Schiller“ Universiteti, “Würzburg Julius-Maximilians“ Universiteti;
- Azərbaycan Milli Elmlər Akademiyası – “Halle-Wittenberg Martin-Luther“ Universiteti;
- Azərbaycan Dövlət İqtisad Universiteti – “Jena Friedrich-Schiller“ Universiteti;
- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – “Halle-Wittenberg Martin-Luther“ Universiteti, “Köln” Texniki Universiteti, “Schmalkalden” Tətbiqi Elmlər Universiteti, “Siegen” Universiteti, “Wilhelmshaven/Oldenburg/Elsfleth” – “Jade” Tətbiqi Elmlər Universiteti;
- Azərbaycan Texniki Universiteti – “Cottbus-Senftenberg Brandenburg” Texniki Universiteti, “Jena Ernst-Abbe” Tətbiqi Elmlər Universiteti, “Siegen” Universiteti;
- Azərbaycan Universiteti – “Koblenz” Tətbiqi Elmlər Universiteti, “Vechta” Universiteti;
- Azərbaycan Kooperasiya Universiteti – “Schmalkalden” Tətbiqi Elmlər Universiteti;
- Azərbaycan Memarlıq və İnşaat Universiteti – “Cottbus-Senftenberg Brandenburg” Texniki Universiteti, “Schmalkalden” Tətbiqi Elmlər Universiteti;
- Azərbaycan Dillər Universiteti – “Bochum Ruhr” Universiteti, “Freiburg” Pedaqoji Universiteti, “Kassel” Universiteti;
- Bakı Biznes Universiteti – “Würzburg-Schweinfurt” Tətbiqi Elmlər Universiteti;
- Bakı Slavyan Universiteti – “Augsburg” Universiteti, “Mainz Johannes Gutenberg“ Universiteti, “Tübingen Eberhard Karls“ Universiteti;
- Xəzər Universiteti – “Tübingen Eberhard Karls“ Universiteti;
- Odlar Yurdu Universiteti – “Siegen” Universiteti;
- Qərbi Kaspi Universiteti – “Greifswald” Universiteti, “Siegen” Universiteti, “Schmalkalden” Tətbiqi Elmlər Universiteti;
- Azərbaycan Dövlət Aqrar Universiteti – “Weihenstephan-Triesdorf” Tətbiqi Elmlər Universiteti, “Göttingen Georg-August” Universiteti;
- Azərbyacan Texnologiya Universiteti – “Schmalkalden” Tətbiqi Elmlər Universiteti, “Weihenstephan-Triesdorf” Tətbiqi Elmlər Universiteti;
- Naxçıvan Universiteti – “München Ludwig-Maximilian“ Universiteti;
- Sumqayıt Dövlət Universiteti – “Köln” Texniki Universiteti.
Son yenilənmə tarixi: 18.03.2021