“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Konsulluq münasibətləri

Konsulluq xidməti: Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında konsulluq xidmətini Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin konsulluq xidməti həyata keçirir. Konsulluq xidmətinin qəbul saatları həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 9:00-dan 12:00-dəkdir. (Qeyd: Koronavirus xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, bununla bağlı profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə xüsusi qəbul qaydaları tətbiq olunmuşdur. Saytın "Səfirliyin konsulluq bölməsinə müraciət edən şəxslərin nəzərinə" adlı bölməsinə nəzər sal!). Bundan əlavə, konsulluq xidməti ilə bazar ertəsi, çərşənbə və cümə günləri saat 15.00-dan 17.00-dək, çərşənbə axşamı və cümə axşamı günləri saat 9.00-dan 12.00-dək telefon vasitəsilə əlaqə saxlamaq mümkündür. Konsulluq xidmətinin əlaqə məlumatları aşağıdakılardır:

Botschaft der Republik Aserbaidschan

Konsularabteilung

Hubertusallee 43
14193 Berlin

Tel.: +49 (0)30 206 480 63 
Fax: +49 (0)30 219 161 51
E-mail:  berlin_consul@mfa.gov.az

Viza rejimi: Azərbaycan Respublikası və AFR arasında viza rejimi mövcuddur. AFR Şenqen Sazişinin iştirakçısı olduğundan, Azərbaycan vətəndaşları üçün AFR-ə hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş səfərlər üçün Şenqen vizası qaydları tətbiq edilir. 1 sentyabr 2014-cü ildən etibarən qüvvəyə minmiş “Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası və Avropa İttifaqı arasındakı Sazişə əsasən Şenqen ölkələri və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsi zamanı qarşılıqlıq prinsipi əsasında aşağıdakı qaydalar şamil olunur:

Bütün növ viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avro müəyyən edilmişdir. Şengen ərazisində qanuni yaşayan Azərbaycan Respublikasının və ya Şengen ölkələri vətəndaşlarının yaxın qohumları (həyat yoldaşı, uşaqlar (həmçinin övladlığa götürülənlər), valideynlər (və ya qəyyumlar), nənələr, babalar, nəvələr); rəsmi dəvət əsasında rəsmi görüşlər, məsləhətləşmələr, danışıqlar və mübadilə proqramlarında habelə dövlətlərarası təşkilatların tədbirlərində iştirak edən rəsmi nümayəndə heyətlərinin üzvləri, o cümlədən rəsmi nümayəndə heyətlərinin  daimi üzvləri; tədqiqat və təhsil məqsədilə səfər edən şagirdlər, tələbələr, aspirantlar və onlarla birgə səfər edən pedoqoji kollektiv, həmçinin mübadilə proqramları çərçivəsində və digər təhsil məqsədləri üçün səfər edən şəxslər; əlilliyi olan insanlar və ehtiyac olduğu təqdirdə onları müşayiət edən  şəxslər; beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşə fəaliyyətləri ilə bağlı müşayiət edən şəxslər; elmi, mədəni, incəsənət  tədbirlərinin iştirakçıları, o cümlədən ali məktəb və digər mübadilə proqramlarının iştirakçıları; təcili tibbi müalicəyə ehtiyacı olan şəxslər və onların müşayiətçiləri; yaxın qohumunun dəfninə səfər edən şəxslər; kurslara, seminarlara və ya konfranslara səfər edən vətəndaş cəmiyyətlərinin nümayəndələri, habelə mübadilə proqramları çərçivəsində; təqaüdçülər; 12 yaşdan kiçik uşaqlar; jurnalistlər və peşə ilə bağlı səfər edən texniki işçilər rüsumdan azad oluna bilərlər.

Viza müraciətlərinə baxılma müddəti 10 təqvim günü Əlavə araşdırma tələb olunduğu təqdirdə bu müddət 30 təqvim gününə qədər uzadıla, təxirəsalınmaz hallarda isə 2 iş gününə və ya ondan da az müddətə qədər azaldıla bilər.

Diplomatik pasporta malik olan şəxslər vizadan azadan edilərək, hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə AFR ərazisində qala biləcəklər.

İkitərəfli nəqliyyat imkanları: Azərbaycan Almaniya arasında birbaşa ikitərəfli sərnişin nəqliyyatı hava nəqliyyatı vasitəsilə təmin olunur. Azərbaycan Hava Yolları Bakı-Berlin, Almaniyanın Lufthansa aviaşirkəti isə Frankfurt-Bakı marşrutu üzrə uçuşlar həyata keçirir. İki ölkə arasında yük daşımaları hava, dəniz, avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir.

Gömrük qaydaları: Avropa İttifaqı üzvü olmayan ölkələrdən Almaniyaya səyahət edərkən qeyd olunan miqdardan çox olmadan aşağıdakı məhsulları Almaniyaya rüsumsuz gətirmək olar.

Valyuta məhdudiyyətləri: 10.000 avro və bu məbləğdən yuxarı olan pul vəsaitləri AFR gömrük xidmətində bəyan edilməlidir.

 

Tütün məhsullarının məhdudiyyətləri:

200 ədəd siqaret və ya

100 ədəd siqarillos və ya

50 ədəd siqar və ya

250 qr. tütün və ya

bu məhsulların kombinasiyası.

Alkoqollu içkilərin məhdudiyyəti:

Alkoqol dərəcəsi 22 %-dən yuxarı olan bir litr spirtli içki və ya

Alkoqol dərəcəsi 22 %-dən aşağı olan iki litr spirtli içki və ya

4 litr şərab və ya

16 litr pivə və ya

bu məhsulların kombinasiyası

Dərman ləvazimatlarının məhdudiyyəti:

Səyahət zamanı şəxsi ehtiyaclarını ödəmək üçün tələb olunan miqdara qədər.

AFR-in gömrük qaydaları haqda daha ətraflı məlumatı http://www.zoll.de/EN internet ünvanından əldə etmək olar.

 

(son yenilənmə 17.06.2020)



Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti