İkitərəfli münasibətlər
İkitərəfli münasibətlər
İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat
Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Azərbaycanın Almaniyada Səfirliyi 2 sentyabr 1992-ci il tarixində açılmışdır. Almaniyanın Azərbaycanda Səfirliyi 22 sentyabr 1992-ci il tarixində açılmışdır. Azərbaycan Respublikasının Qərbi Avropada ilk səfirliyi məhz Almaniya Federativ Respublikasında açılmışdır.
(Son yenilənmə: 07.01.2026)