Nikahın pozulmasının dövlət qeydiyyatı aşağıdakı sənədlər əsasında həyata keçirilir: 1. Nikahın pozulması haqqında ərizə; 2. nikahın pozulması üçün müraciət edən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportları və ya şəxsiyyət vəsiqələri); 3. Yaşayış yerindən son üç ay ərzində alınmış arayış (Erweiterte Meldebescheinigung); 4. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında Səfirliyin Konsulluq bölməsində şəxsən birgə verdikləri ərizə; 5. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən və ya cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunan şəxslə nikahın pozulması haqqında ər və ya arvadın birinin ərizəsi; 6. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi. Nikahın məhkəmə qaydasında və ya konsulluq tərəfindən pozulması halları.Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur: 1. ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda; 2. ər (arvad) nikahın pozulmasına razı olmadıqda; 3. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər. Nikah aşağıdakı hallarda yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) birinin ərizəsi əsasında konsulluqlar tərəfindən pozulur: 1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda. Nikah konsulluqda pozulduqda - nikahın pozulmasının dövlət qeydiyyatına alındığı gündən; məhkəmə qaydasında pozulduqda - bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır. Ər-arvaddan birinin ərizəsi üzrə nikahın pozulmasının qeydə alınması qaydalarıYetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ər (arvad) ərizə ilə nikahın pozulması məqsədilə konsulluğa müraciət edə bilər. Həmin ərizədə aşağıdakı sənədləri əlavə etməli və məlumatları bildirməlidir: 1. bunlardan birini
2. 40 Avro məbləğində dövlət rüsumunun (Avronun ABŞ dollarına məzənnəsi və Avronun ABŞ dollarına konvertasiya xərcləri nəzərə alınmaqla dövlət rüsumunun məbləği) ödənilməsi barədə qəbz 3. azadlıqdan məhrumetmə növündə cəza çəkən ərin (arvadın) və ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumunun, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin (arvadın) əmlakı üzərində qəyyumluq edənin ünvanını. Nikahı pozmaq haqqında ərizə təqdim edildikdə, konsulluq tərəfindən aşağıdakı hallarda nikahın pozulması ərizə verilən gün ərizəçinin iştirakı ilə qeydə alına bilər: 1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3) ər (arvad) törətməyə görə ən azı 3 il müddətində azadlıqdan məhrum olunduqda. Yuxarıda qeyd olunan hallarda nikahı pozmaq üçün ərizə ilə konsulluğa müraciət edən ər (arvad), nikahdan əvvəlki soyadını daşımaq arzusunda olduğunu ərizədə göstərir. ƏRİZƏ Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Barəsində cinayət işi açılmış və ya hazırda cinayət məsuliyətinə cəlb olunmuş şəxslərin adın, ata adının , soyad dəyişdirilməsinə yol verilmir. Adın, ata adının və soyadın dəyişdirmək istəyən şəxs Səfirliyə aşağıdakı sənədləri təqdim etməlidir:
Doğumun qeydə alınmasıZəruri olan sənədlərin siyahısı:
Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynləri xəbərdarlıq edilir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun muvafiq maddəsinə əsasən cərimə edilir. İştirak etməli olan şəxslərin siyahısı:
Səfirliyin konsulluq bölməsinin bank rekvizitləri: Botschaft der Republik Aserbaidschan COMMERZBANK Konto Nr.: 26 61 53 601 BLZ: 100 40 000; IBAN:DE73100400000266153601
Son yenilənmə tarixi: 01.07.2023 |