İqtisadi əməkdaşlıq
Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. 2023-cü ildə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 3,56 faiz (5-ci yer), o cümlədən idxalda 5,30 faiz (4-cü yer), ixracda isə 2,68 faiz (7-ci yer) təşkil etmişdir.
Azərbaycanda 252 Almaniya investisiyalı kommersiya qurumu (sahələr: sənaye, k/t, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır, onlardan 177-nin vəziyyəti aktivdir.
Birbaşa investisiya axınlarının həcmi (1995-2023):
Almaniyadan Azərbaycana: 827,5 milyon $
-
neft-qaz sektoruna – 53,4 milyon $
-
qeyri-neft-qaz sektoruna – 774,1 milyon $
Azərbaycandan Almaniyaya: 577,7 milyon $
-
neft-qaz sektoruna – 6,1 milyon $
-
qeyri-neft-qaz sektoruna – 571,6 milyon $
İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının və “Made in Azerbaijan” brendinin təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumlar ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir və ikitərəfli iqtisadi münasibətləri yeni mərhələyə qaldırır.
5 may 2011-ci ildə Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupu təsis edilmişdir. Hazırda onun həmsədrləri AR iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və AFR Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Christian Forwickdir. İşçi Qrupun indiyədək iclasları 2011-ci ilin 19-21 oktyabrında Berlində, 2012-ci ilin 13 noyabrında Bakıda, 2013-cü ilin 17-18 iyulunda Berlində, 2014-cü ilin 29-30 sentyabrında Bakıda, 2015-ci ilin 5 noyabrında Berlin şəhərində, 2016-cı ilin 23-24 noyabrında Bakıda, 2017-ci ilin 22 noyabrında Berlində, 2019-cu ilin 31 yanvar tarixində Bakıda və 10 fevral 2023-cü il tarixində Berlində keçirilmişdir.
12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası açılmışdır. Alman-Azərbaycan Xarici Ticarət Palatasının hər iki tərəfdən təxminən 181 üzvü vardır. Alman-Azərbaycan Xarici Ticarət Palatası alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir.
Azərbaycanın iqtisadi və turizm potensialının Almaniyada təşviq olunması məqsədilə ölkəmiz hər il Almaniyada keçirilən müxtəlif beynəlxalq sərgilərdə milli stendi ilə iştirak edir.
Almaniya və Azərbaycan arasında ticarət dövriyyəsi
(min Avro)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2012 |
779 971,3 |
964 767,3 |
1 744 738,6 |
184 796 |
2013 |
823 024,4 |
1 356 735,3 |
2 179 759,7 |
533 710,9 |
2014 |
703 636,9 |
1 925 563,4 |
2 629 200,3 |
1 221 926,5 |
2015 |
689 996,7 |
1 223 961,8 |
1 913 958,5 |
533 965,1 |
2016 |
399 192,0 |
610 831,4 |
1 010 023,4 |
211 639,4 |
2017 |
352 238 |
1 002 868 |
1 355 106 |
650 630 |
2018 |
433.709 |
1.442.094 |
1.875.803 |
1.008.385 |
2019 |
439.634 |
1.348.284 |
1.787.918 |
908.650 |
2020 |
358.775 |
734.051 |
1.092.826 |
375.276 |
2021 |
634.4 |
650.26 |
1 284.66 |
16.1 |
2022 |
663.6 |
591.3 |
1 254.9 |
-72.3 |
2023 |
916.42 |
907.92 |
1824.34 |
-8.5 |
Azərbaycanın bir sıra şirkətlərinin Almaniyada nümayəndəlikləri mövcuddur.
SOCAR Germany
Börsencenter
Taubenstraße 7-9
60313 Frankfurt am Main
Tel.: +49 (0)69 297 287-50
Fax: +49 (0)69 297 287-51
E-mail: info@socar.de
Web: www.socar.de
Azerbaijan Airlines
Berlin
Tel.: (+49 171) 9339766
Fax: (+49 30) 60917805
E-mail: berlin@azal.az
Azerbaijan Airlines
c/o AVIAREPS AG
Kaiserstrasse 77, 60328
Tel.: +49 (0)69 - 770 673 024;
Tel.: +49 (0)69 - 770 673 026;
(+49 691) 524-28-62
E-mail: frankfurt@azal.az
International Bank of Azerbaijan
Myliusstr. 25
60323 Frankfurt am Main
Tel: 069-71585770, 069-71585769
Fax: 069-71588681
E-Mail: info@ibar-germany.de; frankfurt.repoffice@ibar-germany.de
Web: www.ibar.az
Alman-Azərbaycan Xarici Ticarət Palatası
Winter Park Plaza, 7-ci mərtəbə
Rəsul Rza küç. 75
AZ 1014 Bakı, Azərbaycan
Tel.: +994 (0)12 497 63 06/07
Fax: +994 (0)12 497 63 05
E-mail: mail@ahk-baku.de
Web: www.ahk-baku.de
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti
Nizami küç. 10, 5-ci mərtəbə
AZ 1001 Bakı, Azərbaycan
Tel.: +99 4 12 497 80 68
Fax: +99 4 12 497 80 69
E-mail: giz-aserbaidschan@giz.de
Web: www.giz.de
(Son yenilənmə: 14.01.2025)