“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyun 2018

Berlin şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş təntənəli ziyafət keçirilib.

25 iyun 2018-ci il tarixində Berlin şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi ziyafət keçirilib.

Tədbir Azərbaycanın və Almaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov müsəlman şərqində ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, onun qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqının inkişafı və maariflənməsinə, habelə onun dövlətçilik ənənələrinin yenidən canlandırılmasına xüsusi töhfələr verdiyini, bu səbəbdən AXC-nin Azərbaycan xalqının yaddaşında dərin izlər buraxdığını və müasir Azərbaycan Respublikasının özünü AXC-nin varisi elan etdiyini bildirib.

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycanın Qafqaz regionunda ən güclü və müasir orduya malik olan qüdrətli dövlətə çevrildiyini qonaqların diqqətinə çatdırıb.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinin ağır nəticələri barədə tədbir iştirakçılarını məlumatlandıran səfir ölkəmizin ərazi bütövlüyünün bərpasının prioritet vəzifə olduğunu qeyd edib.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin hərbi attaşesi, polkovnik Mahir Bayramov qonaqları salamlayaraq milli ordumuzun yaranması tarixi haqqında məlumat verib.

M.Bayramov Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsindən bəhs edərək, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olduğunu xüsusilə vurğulayıb. Müasir Azərbaycan ordusunun formalaşmasının xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi diqqət ayırdığını və NATO-nun beynəlxalq əməliyyatlarına dəstək verdiyini qeyd edərək Azərbaycan ordusunun ən müasir silah və hərbi texnika ilə təchiz edilməsi ilə yanaşı 2005-ci ildən etibarən ölkəmizin hərbi sursat, silah və ləvazimatlar istehsal etməyə başladığını vurğulayıb. 

Qəbul zamanı Azərbaycan və onun silahlı qüvvələri barədə video materiallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Tədbirdə AFR Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, digər dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin Berlindəki səfirliklərinin hərbi attaşeləri, diplomatik korpusun nümayəndələri, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti