“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 iyul 2020

Almaniya internet nəşrində Azərbaycan səfirinin “Azərbaycanın turizm profili” başlıqlı məqaləsi dərc olunub

Almaniya Müstəqil Səyahət Şirkətləri Alyansı – Federal Assosiasiyasının (ASR) internet səhifəsində Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun “Azərbaycanın turizm profili” başlıqlı məqaləsi dərc olunub (https://www.asr-berlin.de/ausschuss-internationale-beziehungen/azerbaijans-tourism-profile/).

Məqalədə ölkəmizdəki multikulturalizm modeli, alman irsi, turizm sənayesi, eləcə də eno, tibbi, aqro-turizm potentialı və perspektivləri barədə məlumatlar diqqətə təqdim olunur. Məqalədə həmçinin, İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məqam da öz əksini tapıb. Bu xüsusda, məqalənin xülasəsini aşağıda diqqətinizə təqdim edirik.

Multikulturalizm modeli

Şərqin və Qərbin qarışığını özündə ehtiva edən Azərbaycan dünya sivilizasiyasının ən qədim məskənlərindən biridir. Azərbaycanın tarixi və mədəniyyəti çoxlu sivilizasiyaların və dinlərin elementlərini, o cümlədən Qafqazın xüsusiyyətlərini əhatə edir. Azərbaycan, sivilizasiyalar arasında mühüm körpü, eləcə də multikulturalizm, qonaqpərvərlik və tolerantlıq üçün unikal məkan qismində beynəlxalq reputasiya qazanmışdır. Ölkə əsrlərboyu dünyanın mədəniyyət qovşaqlarından biri kimi məşhur olmuşdur. Dünyəvi ölkə qismində, Azərbaycan dini cəhətdən dünyanın ən tolerant ölkələrindən biridir. Bütün dinlərin nümayəndələri eyni statusa və ən yüksək dini azadlıq səviyyəsinə malikdirlər, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşayırlar.

Bu xüsusda, Azərbaycan, müxtəlif turist qrupları üçün məşhur təyinat ölkəsi qismində inkişaf etmişdir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər (Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı Beynəlxalq Humanitar Forumu) multikulturalizmin bariz nümunələridir. Mədəni və dini müxtəlifliyin təbliği, eləcə də multikulturalizm qovşağı qismində Azərbaycanın təşviqi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Yüksək turizm profilinə malik olan ölkə qismində Azərbaycanın nüfuzu qlobal arenada beynəlxalq tədbirlərə (Avroviziya Mahnı Müsabiqəsi, 1-ci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran Prisi, “UEFA” Avropa Liqasının Final Oyunu) ev sahibliyi etməklə daha da güclənmişdir.

Alman irsi

Azərbaycan tarixinin alman səhifəsi çox unikaldır və 200 il bundan öncə başlamışdır. 19-cu əsrin əvvəlində Vürttemberqdən olan almanlar Azərbaycanda məskunlaşmışlar. Onlar Azərbaycanlılarla inteqrasiya edə bilmiş və ölkənin aqro-sənayesinin inkişafına əhəmiyyətli töhfə vermişlər. 19-cu əsrin əvvəllərində alman məskunları yeni üzüm bağları salmaqla, kommersiya-məqsədli şərab sənayesinə başlamaqla və şərab istehsalını Avropa şərablarına münasibətdə rəqabət qabiliyyətli etməklə Azərbaycanın şərabçılığının inkişafında mühüm rol oynamışlar. Qafqazda alman mədəniyyətinin qovşağına çevrilmiş Göygöl (Helenendorf) həmçinin, şərab sənayesinin inkişafı üzrə məşhurlamışdır. Rayonda yüzlərlə alman-stilli evlər qalmaqdadır, onlardan biri də hazırda muzey qismində fəaliyyət göstərən, Göygölün sonuncu almanının rezidensiyası olmuş “Viktor Klein”ın Evidir. Azərbaycanın ilk lüteran kilsəsi Göygəldə inşa olunmuşdur. Almanların məskunlaşdığı, sonradan şərabçılığın mərkəzi kimi məşhurlaşmış digər Azərbaycan şəhəri Şəmkirdir (Annenfeld). Şəmkir, alman-stilli evlər və lüteran kilsəsi ilə alman atmosferini saxlamışdır. Tarixi, dini və mədəni abidələri özündə ehtiva edən alman irsi Azərbaycanda lazımı qaydada qorunub-saxlanılır. Alman arxitekturasının digər məşhur nümunəsi Bakıdakı Xilaskar Lüteran Kilsəsidir. Eyni zamanda, 19-cu əsrin sonunda, almanlar Naftalanda yaraların müalicəsi məqsədilə məlhəm istehsalı üzrə ixtisaslaşmış şirkət açmışlar. Naftalan nefti əsasında hazırlanmış dərmanlar dünyanın əczaçılıq sensasiyalarından birinə çevrilmiş, Avropadakı apteklərdə və kosmetika mağazalarında satılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 30.08.2016-cı il tarixli Sərəncamına uyğun olaraq, Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi 2017-ci ildə ölkədə və xaricdə geniş şəkildə qeyd edilmişdir. Bu tarixin 100 illiyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçirilmişdir. 2019-cu ildə təxminən 21000 alman Azərbaycanda səfərdə olmuşdur (2018-ci il ilə müqayisədə təqribən 20% artım).

Turizm sənayesi

İqtisadi diversifikasiya və regionların bərabər inkişafı kontekstində turizm sektoru Azərbaycanda mühüm prioritetlərdən biri qismində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ölkəmizdə ixtisaslamış turizm sənayesinin inkişaf etdirilməsi məqsədilə yol xəritəsi qəbul olunmuşdur. Eyni zamanda, turizmlə bağlı məsələlər “Azərbaycan 2020: gələcəyə baxış” milli inkişaf konsepsiyasında əksini tapmışdır.

Ölkəmizə beynəlxalq turistlərin axının artırılması üçün Azərbaycan güclü turizm potensialına malikdir və sözügedən sənayenin davamlılığının təmin olunması məqsədilə lazımı infrastrukur inkişaf etdirilmişdir. “Açıq Qapılar” siyasəti, eləcə də daxili və xarici sərmayələr Azərbaycanda turizm sektorunun daha da irəlilədilməsi üçün mühüm rol oynamışdır. Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan çoxlu turizm xüsusiyyətləri ilə zəngindir. Azərbaycan tarixi və qədim arxeoloji və arxitektura abidələri ilə zəngin olan ölkədir. Ölkənin turizm sektoru özünün inkişaf dinamikasını saxlamış və 2019-cu ildə 3 milyondan artıq əcnəbi Azərbaycana səfər etmişdir. 2019-cu ildə turizmin ÜDM-dəki payı 2.4% olmuşdur.

Bakının İçərişəhəri, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Xan sarayı ilə birgə Şəkinin Tarixi Mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Siyahısına daxil edilmişdir. “Atəşgah” və “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbii Qoruğundakı əbədi alov mənbələri Azərbaycanda təbii enerjinin tarixini, eləcə də Zərdüştlüyün mədəniyyətə təsirini göstərir. Bakı ətrafındakı qumlu Xəzər sahilləri çimərlik turizmi üçün ecazkar anlar təklif edir. Azərbaycanın zəngin təbiəti, faunası və florası, təbii parkları və bio-müxtəlifliyi eko-turizm üçün böyük imkanlar açır. Şahdağ Kompleksi Azərbaycanın xizək kurortudur.

8-10 aprel 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi dünyanın turizm bazarının mühüm “aktor”larını bir araya gətirən qlobal platformadır.

Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm Peşə Məktəbi adıçəkilən sənaye üçün rəqabət qabiliyyətli mütəxəssislər hazırlayırlar.

Eno-turizm

Azərbaycanın üzümçülük ənənələri minillik irsi ehtiva edir və ölkə dünyanın ən qədim şərabçılıq məkanlarından biridir. Əlverişli iqlim müxtəlifliyi sayəsində Azərbaycanın bir sıra regionlarında (Gəncə, Naxçıvan, Qafqazın dağətəyi, Şirvan düzü, Kür-Araz ovalığı, Xəzər dənizinin sahilləri) çoxsaylı üzüm növləri yetişdirilir. Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı şərab istehsalı və ixracı üçün yeni üfüqlər açmışdır. Azərbaycan Xəzər regionunda mühüm şərab istehsalçılarından və ixracatçılarından biridir. Ölkədəki bir sıra şərabçılıq zavodlarında və üzüm bağlarında daxili istehlak və ixrac üçün şərab istehsal edilir. Əksər istehsalıçılar zavod “tur”ları təklif edir, o cümlədən dequstasiya və sərgi zallarına sahibdirlər. Azərbaycanın dünyaca məşhur nar şərabı qlobal miqyasda rəqabət qabiliyyətliliyə və bir sıra sağlamlıq faydalarına malikdir.

Tibbi turizm

Təbii komponentlərdən istifadə etməklə xəstəliklərin müalicəsinin ənənəvi metodları yalnız yerli əhali deyil, eləcə də Azərbaycana səfər edən əcnəbilər arasında məşhurdur. Naftalanda istehsal olunan tibbi neft və onun yüksək sağlamlıq keyfiyyətləri əsrlərboyu məşhur olmuş və bu məhsulun bütün Avrasiyada ticarəti aparılmışdır.

Naftalan terapiyası xəstəliklərin müalicəsi üçün ən yaxşı metodlardan biri hesab olunur. Naftalan nefti tibbin bir sıra sahələrində vacib komponentdir və müstəsna şəfa mənbəyidir. Naftalan, özünün neft vannaları ilə məşhur olan möhtəşəm balneoterapevtik kurortdur. Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir. Duz mağarasında yerləşən bu Mərkəz mühüm tibb məkanıdır və bir sıra xəstəliklərin müalicəsi üzrə ixtisaslaşır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası mineral sularla (Sirab, Badamlı, Vayxır və s.) zəngindir. Həmin mineral sular bir çox xəstəliklərin müalicəsində faydalıdır. Şabranda yerləşən Qalaaltı Balneoloji Kurortu möcüzəli təbii mineral su ilə müalicə təklif edir. Qalaaltı mineral suyu bir sıra xətəliklərin müalicəsində istifadə olunur. Lənkəran regionu, yerli əhalinin və əcnəbilərin əsrlərlə özlərini müalicə etdikləri qaynar bulaqlarla zəngindir. Bütün regionboyu yayılmış termal su bulaqları müxtəlif xəstəliklərin müalicəsi üçün məlhəm kimi istifadə olunmuşdur. Lənkəran İstisu Sağlamlıq Mərkəzi və Masallı İstisu Sanatoriyası minerallarla zəngin termal su ilə doldurulmuş vannalar təmin edir. Yanar Bulaq, bir sıra xəstəliklərin müalicəsində faydalı təsirə malikdir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğundakı palçıq vulkanı “landşaft”ı ən füsünkar yerlərdən biridir. Bu cür palçıq bir sıra xəstəliklərin müalicəsində, eləcə də kosmetologiyada istifadə edilir.

Aqro-turizm

Azərbaycan iqlim “kontrast”ları ölkəsidir. Azərbaycanın bir çox regionları müxtəlif məhsul növlərini yetişdirmək üçün əlverişli hava şəraitinə, unikal iqlimə və münbit torpağa malikdirlər. Ölkənin böyük kənd təsərrüfatı potensialı Azərbaycanda aqro-turizmin daha da inkişaf etdirilməsi üçün imkanlar yaradır. 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Azərbaycanın bio-orqanik meyvələri və tərəvəzləri ölkənin mühüm kənd təsərrüfatı üstünlükləridir. Bir sıra regionların (Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı-İsmayıllı, Gəncə-Qazax, Lənkəran-Astara) aqro-turizm resursları perspektiv potensiala və müqayisəli üstünlüklərə malikdir. Sitrus və nar vadiləri aqro-“tur”ları Azərbaycanda kənd təsərrüfatı potensialının reallaşdırılmasının bariz nümunələridir. Kənd təsərrüfatı sahibkarlığı ölkədə yaxşı inkişaf etmişdir. Davamlı kənd təsərrüfatının gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təminatı, kənd yerlərinin inkişafı və ixrac potensialının təşviqi məqsədilə ölkədə bir sıra aqro-parklar (Bakı, Şəmkir, Yalama və s.) təsis olunmuşdur. Aqro-parkların rezidentləri müvafiq iqtisadi imtiyazlarla təmin olunurlar.

Məlumat üçün bildiririk ki, 1976-cı ildə təsis edilmiş və təxminən 500 üzvü olan ASR kiçik və orta-miqyaslı səyahət agentliklərini və “tur” operatorları birləşdirir.

 

Mənbə: https://azertag.az/xeber/1543247 və 

https://www.asr-berlin.de/ausschuss-internationale-beziehungen/azerbaijans-tourism-profile/

 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti