“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 may 2025

Almaniyada 28 May – Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən mayın 28-də Berlində rəsmi qəbul təşkil olunub. Qəbul, həmçinin Azərbaycanın Konstitusiya və Suverenlik İlinə həsr olunub.

 

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən təntənəli tədbirdə 400-dən çox qonaq, o cümlədən Almaniyanın bir sıra dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, Bundestaqın deputatları, xarici ölkələrin səfirləri, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər dost icmaların üzvləri iştirak ediblər.

 

Tədbirdə əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, 1918-ci ildə mürəkkəb ictimai-siyasi şəraitdə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, mövcud olduğu 23 ay ərzində müsəlman dünyasında ilk parlamentli respublika modelini formalaşdıran və mütərəqqi islahatlar həyata keçirən Cümhuriyyət xalqımızın azadlıq və müstəqillik əzminin nümayişi idi.

 

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın ilk illərdə ciddi təhdidlərlə üzləşdiyini qeyd edən diplomat bildirib ki, yalnız Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğu və iqtisadi inkişafın əsası qoyuldu. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, regional və qlobal proseslərdə mühüm rol oynayır.

 

Səfir Azərbaycanın 2020-ci ildə qazandığı şanlı Qələbə və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə bağlı mühüm məqamları diqqətə çatdıraraq bildirib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Artıq 14 mindən çox məcburi köçkün doğma torpaqlarına qayıdıb. İlk dəfə olaraq Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam təmin edildiyi və ölkəmizin ərazisində heç bir xarici hərbi birləşmələrin qalmadığı bildirilib.

 

Bu ilin martında Azərbaycan və Ermənistan tərəfindən sülh sazişinin mətnini razılaşdırılmasının mühüm tarixi nailiyyət olduğu qeyd edilib, bunun bölgədə sülh, əməkdaşlıq və firəvan gələcək üçün yeni səhifə açmağa imkan yarada biləcəyi vurğulanıb.

 

Səfir bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyinin qeyd olunduğunu xatırladaraq, bu münasibətlə Prezident İlham Əliyevin 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdiyini diqqətə çatdırıb.

 

Nəsimi Ağayev çıxışında Azərbaycan-Almaniya münasibətlərinə də toxunaraq, iki ölkə arasında siyasi dialoqun intensivləşdiyini, müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyevin son iki ildə Almaniyaya dörd dəfə səfər etməsinin, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu ilin aprelində ölkəmizə səfərinin ikitərəfli siyasi dialoqun yüksək səviyyədə olmasının bariz göstəricisi olduğu qeyd edilib.

 

Almaniya Xarici İşlər Nazirliyinin Cənub-Şərqi Avropa, Türkiyə, ATƏT və Avropa Şurası üzrə müvəkkili, səfir Mixael Rayfenştul çıxışında 28 May – Müstəqillik Günü münasibətilə Almaniya xarici işlər naziri Yohan Vadefulun təbriklərini çatdırıb. Ölkələrimiz arasında münasibətlərin dərin tarixi köklərə əsaslandığını qeyd edən Mixael Rayfenştul XIX əsrin əvvəllərində alman şvablarının Azərbaycana köçərək burada öz qəsəbələrini yaratdığını və onların mədəni irsinin ölkəmizdə qorunduğunu və yaşadıldığını xatırladıb. O, ikitərəfli əlaqələrin bu gün də dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin münasibətlərimizin tarixində ilk dəfə olaraq Azərbaycana səfərinin əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsi kimi dəyərləndirib.

 

Çıxışlardan sonra “Qafqaz” musiqi ansamblı maraqlı proqramla çıxış edib. Milli rəqslərimizin və musiqimizin ifası zamanı salonda quraşdırılmış böyük monitorda Azərbaycanın füsunkar təbiəti, paytaxt Bakının görməli yerlərini əks etdirən videoçarx nümayiş etdirilib.

 

Təntənəli tədbir ziyafətlə davam edib.

 

Tədbirin qısa videosuna burada baxmaq olar: https://youtu.be/NEWURPGVzbo?feature=shared

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti