“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 dekabr 2025

Almaniyada ADA Universiteti məzunlarının forumu keçirilib

ADA Universitetinin xaricdə yaşayan məzunlarının ənənəvi forumu 29 noyabr 2025-ci il tarixində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.

 

 “Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir ADA Universiteti, ADA Universiteti Fondu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, “Kolin Azərbaycan” şirkətinin dəstəyi ilə gerçəkləşib. Forum ADA məzunlarını universitetin heyəti ilə bir araya gətirərək müzakirə platforması yaradıb.

 

ADA Universitetinin prorektoru Günay Ziyadova universitetin yenilikləri və yaxın illərdə nəzərdə tutulan istiqamətlər barədə təqdimatla çıxış edərək ətraflı məlumat verib. O, ADA-nın təhsil və innovasiya sahəsində davamlı inkişaf etdiyini, bu prosesin isə məzun şəbəkəsi ilə daha da gücləndiyini vurğulayıb.

 

Sonra ADA Universitetinin Məzunlarla iş şöbəsinin nümayəndəsi Zöhrə Əsədovanın moderatorluq etdiyi panel iclasında universitetin məzunları Maşdı Əliyev, Fidan Eminli, Sabirə İmrani, Aydın Cavadov və Cəmilə Talıbzadə müzakirələr aparıblar. Çıxış edənlər təhsil və iş təcrübələrindən, ADA məzunlarının müxtəlif sahələrdə yaratdığı nümunələrdən danışıblar. Müzakirələrdə forum iştirakçıları, həmçinin mövcud və gələcək trendlər, yeni çağırışlar və imkanlar ətrafında fikir mübadiləsi aparıblar.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında bildirib ki, Berlində ADA Universiteti məzunlarını bir araya gətirən bu forum Azərbaycan gənclərinin qlobal mühitdə qazandıqları bilik və təcrübəni bölüşmələri baxımından xüsusi önəm daşıyır. Bu görüş həm akademik və peşəkar əlaqələrin genişlənməsi, həm də ölkəmizin intellektual potensialının beynəlxalq arenada daha güclü təmsil olunması üçün mühüm platformadır. Məzunlarımızın müxtəlif sahələrdə əldə etdikləri uğurlar ADA Universitetinin yüksək təhsil standartlarının və qlobal düşüncə tərzinin bariz göstəricisidir. Səfir belə təşəbbüslərin həm Azərbaycan-Almaniya əlaqələrinin möhkəmlənməsinə, həm də məzunlar arasında daha sıx və davamlı əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

 

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev forumda əsas məruzəçi kimi çıxış edərək məzunların Azərbaycandan uzaqda olmalarına baxmayaraq, ölkəyə və universitetə bağlı qalmalarının vacibliyini vurğulayıb, onları müxtəlif layihələrdə daha fəal əməkdaşlığa çağırıb. Rektor bu əməkdaşlığın həm universitet, həm də məzunlar üçün yeni imkanlar açacağını bildirib.

 

ADA Universiteti məzunlarının forumları ənənə halını alıb və hər il dünyanın müxtəlif ölkələrində məzunları bir araya gətirir. Bu görüşlər qlobal ADA məzun şəbəkəsinin daha sıx əlaqə qurmasına, birgə fəaliyyət və əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə verir.

 

https://azertag.az/xeber/almaniyada_ada_universiteti_mezunlarinin_forumu_kechirilib-3890183

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Təhsil haqqında sənədlərin leqallaşdırılması Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti