Almaniyada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
7 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında növbədənkənar Prezident Seçkiləri keçiriləcəkdir. Almaniyada daimi və müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarının seçki hüququnu təmin etmək məqsədilə Berlində seçki məntəqəsinin yaradılması nəzərdə tutulur. Səs vermək niyyətində olan AR vətəndaşlarından seçicilər siyahısına daxil olunması üçün aşağıdakı link vasitəsilə 29 dekabr 2023-cü il tarixinədək qeydiyyatdan keçmələri xahiş olunur.
Hər bir vətəndaş üçün anket ayrıca doldurulmalıdır.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdz6wZBwkim2ZlTgyIHmaYTqnatV3eeZU9_uyiULwjLR86MhQ/viewform