Almaniyanın Haqen şəhərindən olan istedadlı gənclər ilə görüş keçirilib
Səfir Nəsimi Ağayev Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Haqen şəhərindən olan istedadlı gənclər ilə Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində görüşüb. Görüşdə inteqrasiya, mədəni kimliyin qorunması, Azərbaycanın multikulturalizm modeli, diplomatiya və digər məsələlər barədə maraqlı fikir mübadiləsi aparılıb.