“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 noyabr 2022

Azərbaycanın Almaniyadakı səfiri Berlində 40-dan çox alman və digər ölkə jurnalistləri ilə görüşüb

Berlində fəaliyyət göstərən “korrespondenten.cafe” jurnalist klubunda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Almaniya və digər ölkələrin Berlində akkreditə olunmuş 40-dan çox jurnalisti ilə noyabrın 2-də geniş görüşü keçirilib. “Avropanın enerji təchizatçısı kimi Azərbaycanın rolu” mövzusuna həsr olunmuş tədbirdə məruzəçi qismində Almaniyanın UNIPER şirkətinin vitse-prezidenti Dr. Michael Hilmer də iştirak edib. 

Tədbirin aparıcısı, “korrespondenten.cafe” klubunun rəhbəri, tanınmış jurnalist Ewald König tədbiri açaraq, çıxış üçün sözü Azərbaycan səfirinə verib. 

Səfir Nəsimi Ağayev çıxışında öncə Azərbaycan neft sənayesinin inkişaf tarixi haqda məlumat verib. Ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra, 1994-cü ildə xarici şirkətlərlə “Əsrin Müqaviləsi”-ni imzaladığını bildirən natiq, o zamandan etibarən Azərbaycanın daim öz öhdəliklərinə sadiq qaldığını və özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi sübut etdiyini qeyd edib. Səfir həmçinin, Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen-in ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşdən və tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan bəhs edərək, ölkəmizin Avropanın enerji təchizatında etibarlı tərəfdaş olmasının sözügedən səfər zamanı da vurğulandığını dilə gətirib.

N.Ağayev ölkəmizin təşəbbüsü və öncüllüyü ilə həyata keçirilən layihələrdən, o cümlədən Cənubi Qaz Dəhlizindən (CQD) danışaraq, CQD-nin tərkib hissəsi olan Cənubi Qafqaz Boru xətti, TANAP və TAP layihələrinin reallaşma tarixi və bu gün böyük həcmdə Azərbaycan təbii qazını Avropaya çatdırmaları barədə məlumat verib. 

Diplomat Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və davamlı sülhün əldə olunması istiqamətində Azərbaycanın atdığı addımlar barədə jurnalistləri məlumatlandıraraq, “Qarabağ münaqişəsi”nin artıq həll olunduğunu və yaranmış yeni vəziyyətin, o cümlədən Zəngəzur dəhlizinin yaratdığı imkanların regionun iqtisadi inkişafı üçün münbit şərait yaratdığını söyləyib.

Sonra çıxış edən UNIPER şirkətinin vitse-prezidenti Dr. Michael Hilmer təmsil etdiyi təşkilatın Azərbaycan ilə həyata keçirdiyi əməkdaşlıqdan bəhs edib. Azərbaycanın nəinki geniş neft və qaz ehtiyatlarına və onların Avropaya ixrac potensialına malik olduğunu, eləcə də ölkəmizdə bərpa olunan enerji mənbələri, o cümlədən günəş və külək enerjisi sahəsində böyük imkanların olduğunu vurğulayıb. 

Çıxışlardan sonra səfir N.Ağayev və M.Hilmer jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

Tədbirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/dgmP9bCkjxg

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti