Səfir Nəsimi Ağayev Somalinin Almaniyadakı səfiri ilə görüşüb
Səfir Nəsimi Ağayev Somalinin Almaniyadakı səfiri Abdiasis Mohamud Mohamed ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Somali arasında ikitərəfli əlaqələrin gücləndirilməsi və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fikir mübadiləsi aparılıb. Səfir Nəsimi Ağayev iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə həmkarına təşəkkürünü bildirib.