“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 mart 2019

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Bavariya federal torpağında işgüzar səfərdə olub

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov 12-13 mart tarixlərində Bavariya federal torpağına işgüzar səfər edib.

Səfər çərçivəsində səfir Münxen şəhərində Bavariya federal torpağının Federasiya, Avropa və mətbuat məsələləri üzrə dövlət naziri Florian Herman, Bavariya Landtaqının birinci vitse-prezidenti Karl Freller və Münxen Təhlükəsizlik Konfransının (MTK) baş əməliyyat məmuru Benedikt Franke ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və regionda gedən proseslər, Azərbaycanın Almaniya, o cümlədən Bavariya federal torpağı ilə əlaqələri, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə mövcud olan əməkdaşlıq və bu əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Ramin Həsənov Bavariya federal torpağının rəsmilərinə Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyini bərpa etdikdən bəri keçdiyi inkişaf yolu, milli maraqlara söykənən xarici siyasəti, enerji əməkdaşlığı, həyata keçirdiyi nəhəng regional layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O, ölkəmizin mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq müstəqil siyasət yürütdüyünü, regionda aparıcı iqtisadi gücə çevrildiyini, işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurduğunu, eləcə də demokratik dövlət quruculuğunda mühüm nailiyyətlərə imza atdığını vurğulayıb. Səfir, həmçinin Azərbaycanın beynəlxalq arenadakı fəaliyyətinə toxunaraq, ölkəmizin regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu, Avropa və dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini, eləcə də özünün dini tolerantlıq və multikulturalizm ənənələrindən çıxış edərək dünya ölkələri arasında mədəniyyətlərarası dialoqun dərinləşməsinə töhfələr verdiyini qeyd edib.

Azərbaycan-Almaniya münasibətlərindən danışan səfir xalqlarımız arasındakı əlaqələrin 200 illik tarixə malik olduğunu, bu yubiley tarixinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə dövlət səviyyəsində qeyd edildiyini, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun mövcud olduğunu və bütün sahələrdə münasibətlərin dinamik inkişaf etdiyini bildirib.

Görüşlərdə Almaniyanın federal kansleri Angela Merkelin ötən ilin avqustunda Azərbaycana ilk rəsmi səfərinin ikitərəfli münasibətlərə yeni təkan verməsi, Azərbaycanın Almaniyanın regiondakı mühüm tərəfdaşı olması, Almaniya, o cümlədən Bavariya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanların olması vurğulanıb. Bavariya federal torpağının təmsilçiləri ölkəmizdə hökm sürən multikulturalizm və dini tolerantlıq mühitini nümunəvi adlandırıblar və Azərbaycanın mədəniyyətlərarası dialoq mövzusunda keçirdiyi beynəlxalq tədbirləri yüksək qiymətləndiriblər. Onlar Azərbaycanın son zamanlarda keçdiyi inkişaf yolundan və bütün sahələrdə əldə etdiyi uğurlardan məmnun qaldıqlarını və müsbət mənada təəssüratlandıqlarını bildiriblər.

MTK-nın baş əməliyyat məmuru Benedikt Franke Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında fəal iştirakından razılığını ifadə edib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfransın daima həvəslə gözlənilən qonağı olduğunu vurğulayıb. Ramin Həsənov həmçinin Münxen Təhlükəsizlik Konfransında iştiraka və bu qurum ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyimizi qeyd edib.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti