“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 may 2019

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Türinqen federal torpağına işgüzar səfər edib

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 14 may tarixində Türinqen federal torpağına işgüzar səfər edib. Səfir Türinqen Dövlət Administrasiyasında federal torpağın baş naziri Bodo Ramelov, Türinqen Landtaqında qurumun prezidenti Birqit Dizel və Erfurt şəhər bələdiyyəsində şəhərin baş meri Andreas Bauzevaynla görüşlər keçirilib.

Keçirilmiş görüşlərdə Azərbaycan və Almaniya arasında münasibətlərin 200 illik tarixi və bugünü barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun olduğu, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq aparıldığı və Almaniyanın federal kansleri Anqela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yeni dinamika yaratdığı qeyd edilib. Bu xüsusda Azərbaycan və Türinqen federal torpağı arasında əlaqələr müzakirə edilib, iqtisadi, mədəniyyət, təhsil və digər sahələrdə böyük əməkdaşlıq potensialının mövcud olduğu vurğulanıb. Səfir ölkəmizlə daha yaxından tanış olmaq və əməkdaşlıq imkanlarına dair müzakirələri davam etdirmək üçün Türinqen rəsmilərini Azərbaycana səfər etməyə dəvət edib.

R.Həsənov Azərbaycanın milli maraqlara söykənən xarici siyasəti, beynəlxalq əməkdaşlığı, Avropa və Almaniyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, həyata keçirdiyi nəhəng regional layihələr barədə məlumat verib. Səfir həmçinin Azərbaycanın yerləşdiyi regionun geosiyasi çətinliklərindən danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Həsənov torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsini, işğalın nəticələrini, eləcə də münaqişənin regiondakı inkişaf və əməkdaşlıq üçün yaratdığı maneələri qeyd edib. 

Görüşlərdə Azərbaycanda hökm sürən multikulturalizm və dini tolerantlıq mühiti, ölkəmizin beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun dərinləşməsi üçün göstərdiyi səylər və həyata keçirdiyi mötəbər tədbirlər yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanda dünyəvi və demokratik dövlətçilik ənənələri, gender bərabərliyi, qadın hüquqları, qadınların cəmiyyətdəki fəal rolu məmnunluqla vurğulanıb.

Səfər münasibətilə federal torpağın paytaxtı Erfurt Şəhər Bələdiyyəsinin “Ziyafət Zalı”nda rəsmi qəbul keçirilib. Şəhərin baş meri Andreas Bauzevayn və şəhər şurasının üzvləri R.Həsənovu Erfurt şəhərinin tarixi və şəhər bələdiyyəsinin yerləşdiyi tarixi bina ilə tanış ediblər. Səfir şəhərin Qızıl Kitabına imza atıb.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti