“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 sentyabr 2021

Səfir Ramin Həsənov Almaniyanın Vittenberq şəhərində işgüzar səfərdə olub

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 2021-ci il 16 sentyabr tarixində Almaniyanın Saksoniya-Anhalt federal torpağında yerləşən tarixi Vittenberq şəhərinə səfər edib.

Səfir Vittenberqin qədim bələdiyyə binasında şəhərin meri Yoxen Kirxnerlə görüş keçirib. Görüşdə Azərbaycan-Almaniya münasibətlərinə dair fikir mübadiləsi aparılıb, Saksoniya-Anhalt federal torpağı, o cümlədən Vittenberq şəhəri ilə mövcud olan əməkdaşlıq və həyata keçirilən layihələr, eləcə də gələcək perspektivlər müzakirə edilib.

Ramin Həsənov 200 il əvvəl Azərbaycanda alman məskənlərinin salınmasının iki xalqın tarixi əlaqələrinin əsasını qoyduğunu və bu tarixin hazırda ölkələrimiz arasında sürətlə inkişaf edən münasibətlər üçün möhkəm bünövrə yaratdığını bildirib. Qeyd edib ki, Azərbaycan və Almaniya arasında intensiv siyasi dialoq, iqtisadi, mədəni, səhiyyə, idman və digər sahələrdə sıx əməkdaşlıq mövcuddur. Azərbaycan həm də Almaniyanın bölgələri ilə münasibətlərin sıxlaşmasını və insanlararası mübadilənin genişlənməsini təşviq edir.

Səfir Ramin Həsənov Vittenberq şəhərinin Qızıl Kitabına imza atıb.

Ramin Həsənov səfər zamanı həmçinin Vittenberq bölgəsinin iqtisadiyyat, səhiyyə və mədəniyyət dairələri ilə görüşlər keçirib. Görüşlərdə ölkəmizin iqtisadi inkişafı, nəhəng regional layihələri, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan addımlar, Ələt Azad İqtisadi Zonası və sənaye parkları, eləcə də ölkədə kənd təsərrüfatı, turizm, nəqliyyat və alternativ enerji kimi sahələrdə aparılan işlər barədə ətraflı məlumat verilib. Bütün bunların, eləcə də işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma işlərinin Almaniya iqtisadiyyatı ilə əməkdaşlıq üçün yaxşı imkanlar açdığı diqqətə çatdırılıb. Səfir Azərbaycanın humanitar sferalarda da, o cümlədən təhsil və səhiyyə sahələrində Almaniya ilə yaxından əməkdaşlıq etdiyini, dövlət proqramı çərçivəsində yüzlərlə azərbaycanlı gəncin Almaniyada təhsil aldığını vurğulayıb.

Azərbaycanın səfiri səfər çərçivəsində həmçinin reformasiya hərəkatının 500 illik yubileyi münasibətilə yaradılmış, vaxtilə Vittenberqdə yaşamış Martin Lüterin fəaliyyətini əks etdirən Panorama sərgisinə və Vittenberqin tarixi abidələrinə baş çəkib, şəhərin orta əsrlər tarixi ilə tanış olub.  

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti