“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına 2025-2026-cı tədris ili üzrə müraciətlər qəbul olunur
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi 2025-2026-cı tədris ili üzrə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına müraciətlərin qəbulunu açıq elan edir. Bu proqram, müasir Azərbaycan dövlətinin qurucusu , dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında oynadığı müstəsna rola həsr olunmuşdur. Təqaüd proqramı, əcnəbilərin Azərbaycanın ali təhsil müəssisələrində təhsil almasını dəstəkləmək məqsədilə təsis edilmişdir.
https://studyinazerbaijan.edu.az/financial-support