Azərbaycan 13-cü Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda təmsil olunub
13-cü Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumu 2021-ci ildə virtual formatda keçirilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov Forum çərçivəsində Berlin Kənd Təsərrüfatı Nazirlərinin Konfransında iştirak ediblər.