“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 oktyabr 2024

Bakı memarlığı Berlində təqdim olunub

Oktyabrın 22-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən alman memarlıq mütəxəssisi Hayke Maria Yohenninqin (Heike Maria Johenning) alman dilində çapdan çıxan “Bakı Memarlıq Bələdçisi” kitabının təqdimatı keçirilib.

 

Təqdimat mərasimində çıxış edən səfir Nəsimi Ağayev Şərq ilə Qərbin qovuşağında, sivilizasiyaların təmas nöqtəsində yerləşən Bakının coğrafi mövqeyinin onun bənzərsiz memarlıq üslubuna mühüm təsir göstərdiyini vurğulayıb. Diplomat Şərq və Qərb memarlığının parlaq nümunələrinə ev sahibliyi edən Bakının məhz bu baxımdan dünya memarlığının mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb, xüsusilə son dövrlərdə müasir üslubda memarlıq incilərinin inşa edildiyini bildirib. Səfir Bakının memarlıq incilərinin yaradılmasında alman memarların da öz töhfələrini verdiklərini xüsusi vurğulayıb. Bu xüsusda N.Ağayev 1898-1902-ci illərdə Bakı şəhərinin meri olmuş alman mənşəli memar Nikolaus fon der Nonnenin şəhərin özünəməxsus memarlıq üslubunun formalaşmasında göstərdiyi xidmətləri qeyd edib.

 

On il ərzində Bakının memarlıq üslubunu araşdırdığını deyən nəşrin müəllifi Hayke Maria Yohenninq Avropa memarlığının bu şəhərdəki izləri barədə geniş məruzə ilə çıxış edib.

 

O, XIX əsrin sonu - XX əsrin əvvəllərində neft bumu dövründə sürətlə inkişaf edən Bakıda tikilən gözəl memarlıq inciləri barədə danışıb. Müəllif məhz bu dövrdə "Art Nouveau" memarlıq üslubunun Bakı şəhərində qeyri-adi inkişafa nail olduğunu xüsusi vurğulayıb. Yohenning ən müxtəlif memarlıq üslublarını özünəməxsus və ahəngdar şəkildə birləşdirən Bakının öz nadir gözəlliyi ilə daim fərqləndiyini bildirib.

 

Qeyd edək ki, Berlində yerləşən “DOM“ nəşriyyat evi tərəfindən nəfis tərtibatda çap edilən kitabda Bakı şəhərinin memarlığının tarixi, inkişafı, görkəmli memarlıq nümunələri, alman memarlarının töhfələri barədə ətraflı məlumat verilir. Nəşrdə Bakının bənzərsiz memarlıq üslubunun tanınmış nümunələrinin fotoşəkilləri də oxuculara təqdim edilir.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti