“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 yanvar 2019

Bakıda Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 8-ci iclası keçirilib

Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 8-ci iclası keçirilib.

İclasa Azərbaycan tərəfdən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, Almaniya tərəfindən isə Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət üzrə İdarəsinin baş direktoru Ekhard Franz həmsədrlik edib.

İşçi Qrupun həmsədri, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib, uğurla aparılan iqtisadi islahatların davamlı iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaratdığını, görülən işlərin ölkəmizin xarici investisiyalar üçün cəlbediciliyini daha da artırdığını, qazanılan uğurların beynəlxalq hesabatlarda da öz əksini tapdığını diqqətə çatdırıb, əlverişli biznes və investisiya mühiti, iqtisadi sahədə aparılan islahatlar, onların uğurlu nəticələri barədə məlumat verib.

Rüfət Məmmədov Azərbaycan-Almaniya əlaqələrinin genişlənməsində yüksək səviyyəli rəsmi səfərlərin və işgüzar görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Nazir müavini qeyd edib ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi və ticarət tərəfdaşıdır və Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 70%-i Azərbaycanın payına düşür.

Diqqətə çatdırılıb ki, ölkələrimiz iqtisadiyyatın bir sıra sahələri üzrə uğurlu əməkdaşlıq edir və əlaqələrin inkişafı üçün imkanlar genişdir.

Rüfət Məmmədov vurğulayıb ki, Almaniya şirkətləri Bakı-Tbilisi-Qars dəmir yol xəttinin və Bakı Beynəlxalq Ticarət Limanının, Şərq-Qərb Dəhlizinin, həmçinin Ələtdə yaradılacaq xüsusi iqtisadi zonanın imkanlarından istifadə edə, Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlana bilərlər.

Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət üzrə İdarəsinin baş direktoru, İşçi Qrupun həmsədri Ekhard Franz Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 8-ci iclası çərçivəsində müzakirə edilən məsələlərin Almaniya-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulayıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 7-ci iclasından ötən müddətdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əlaqələrin genişləndirilməsi istiqamətləri, energetika, sənaye, kənd təsərrüfatı, qida təhlikəsizliyi, İKT, nəqliyyat, ətraf mühitin mühafizəsi, investisiya, ticarət, turizm, təhsil, əczaçılıq, və s. sahələrdə əməkdaşlığın inkişafı, eləcə də ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirak imkanları, Azərbaycanın qeyri-neft məhsullarının Almaniyaya ixracının genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti