“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 noyabr 2018

Berlin şəhərində 1-ci Almaniya Azərbaycan Biznes Dialoqu keçirilib

28 noyabr 2018-ci il tarixində Berlin şəhərində Almaniya Bundestaqının deputatı Mark Hauptman və Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi tərəfindən 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqu təşkil olunub. Tədbirin tərəfdaşı qismində Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu çıxış edib.

Biznes Dialoqun məqsədi hər iki ölkənin işgüzar dairələri arasında hazırkı əməkdaşlığın nəzərdən keçirilməsindən, potensial tərəfdaşlarla “B2B” əlaqələrin qurulmasından və perspektiv biznes imkanlarının müzakirə olunmasından ibarət olub.

100-dən artıq Azərbaycan və alman şirkətinin qatıldığı toplantını giriş nitqləri ilə Almaniya Bundestaqının deputatı Mark Hauptman və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov açıb.

Səfir Ramin Həsənov çıxışı zamanı Azərbaycan və Almaniya arasında əməkdaşlığın digər sahələri ilə yanaşı iqtisadi-ticari münasibətlərin də son illərdə dinamik şəkildə inkişaf etdiyini bildirib. Azərbaycanın Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğunu, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, eləcə də Azərbaycanın biznes imkanlarının, “Made in Azerbaijan” brendinin və “Make in Azerbaijan” təşəbbüsünün təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumların ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verdiyini vurğulayıb. Səfir, həmçinin, trans-regional nəqliyyat, enerji və İKT bağlantılarının daha da gücləndirilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edib. R.Həsənov eyni zamanda hər il Almaniyada müxtəlif sahələrdə keçirilən beynəlxalq sərgilərdə Azərbaycanın milli stend ilə iştirak etdiyini bildirib. Səfir, iqtisadi sahədə əməkdaşlıq üçün daha böyük imkanların və potensialın mövcud olduğunu, 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqunun və “B2B” müzakirələrin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın daha da genişlənməsi üçün əlavə platforma olacağına ümidini ifadə edib.

Almaniya Bundestaqının deputatı M.Hauptman çıxış edərək Azərbaycanın Almaniya üçün mühüm ticarət tərəfdaşı olduğunu bildirib, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında və enerji təchizatının diversifikasiyasında Azərbaycanın məxsusi rolunu qeyd edib, qeyri-neft sektorunda Azərbaycanla ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətinə toxunub.

Tədbirdə əsas natiqlər qismində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays çıxışlar ediblər.

Nazir müavini R.Məmmədov çıxış edərək Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində Azərbaycanın payının 70%-dən artıq olduğunu, cari ilin 9 ayında ticarət dövriyyəsinin 80% artdığını, Azərbaycanda müxtəlif sektorlarda 206 Almaniya sərmayəli şirkətin qeydiyyatdan keçdiyini, Almaniyadan Azərbaycana 560 milyon ABŞ Dolları həcmində sərmayə yatırıldığını və bunun 96%-nin qeyri-neft sektorunun payına düşdüyünü, “GIZ” vasitəsilə 56 milyon Avro dəyərində texniki yardımın və “KfW” İnkişaf Bankı tərəfindən 27.4 milyon Avro məbləğində qrant, o cümlədən 11 layihə üzrə 241.4 milyon Avro dəyərində kredit verildiyini, biznes idarə olunması və peşə təhsili sahəsində Almaniyanın təcrübəsinin əhəmiyyətini, iki ölkə arasında energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, əczaçılıq, kimya və maşınqayırma sahələrində əməkdaşlıq imkanlarının mövcud oluduğunu vurğulayıb. Nazir müavini həmçinin, BTQ dəmir yolu xətti, eləcə də TANAP və TAP layihələri barədə məlumat verib, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edildiyini və keçən il ilə müqayisədə 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşdığını bildirib. R.Məmmədov Alman-Azərbaycan Xarici Ticarət Palatasının “Avropa İttifaqı Biznes Mühiti Hesabatı: Azərbaycan 2018” hesabatında Azərbaycanda fəaliyyət göstərən Aİ şirkətlərinin fikirləri əsasında Azərbaycanda 5 ən yaxşı biznes mühiti göstəricilərinin əks olunduğunu bildirib. Nazir müavini ixrac missiyasının və 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqunun iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Dövlət katibi T.Barays çıxışında Azərbaycanın Almaniya üçün yalnız iqtisadi deyil, həmçinin strateji tərəfdaş olduğunu, ölkələrimiz arasında əməkdaşlığın tarixinin 200 ildən artıq olduğunu, iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının və Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun, eləcə də ölkəmizdə insan kapitalının gücləndirilməsində Almaniyanın Federal iqtisadiyyat və Energetika Nazirliyinin Menecer Təlimi Proqramının əhəmiyyətini vurğulayıb.

İclasa moderatorluğu Almaniya Şərqi Biznes Assosiasiyasının idarəedici direktoru Ute Koxlovski-Kadjaya, Almaniya Aqro-biznes Alyansının direktoru Per Brodersen və Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman edib.

Daha sonra “Azərbaycana xoş gəlmişsiniz: biznes, kənd təsərrüfatı və turizm sahəsində potensiallar” və “Azərbaycan yeni enerji və logistika qovşağı qismində” adlı panel müzakirələr keçirilib.

Panelistlər qismində hər iki ölkənin müvafiq qurumlarının və şirkətlərinin (Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində şöbə müdiri Nurlan Verdiyev, “Pasha Bank”ın baş icraçı məmuru Taleh Kazımov, “Uniper” şirkətinin vitse-prezidenti Mixael Hilmer, “Claas Global Sales GmbH” müəssisəsinin regional ixrac meneceri Vassili Zayder, “Siemens Gamesa” firmasının baş maliyyə məmuru Tomas Kobet, “Gilan Holding”in strateji tərəfdaşlıqlar üzrə rəhbəri Mixael Qerlix, “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov, “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev, Potsdam Universitetinin professoru Vilfrid Furman) nümayəndələri çıxışlar edib.

200-dən çox iştirakçının qatıldığı tədbir çərçivəsində həmçinin, hər iki ölkənin şirkətləri arasında “B2B” müzakirələr keçirilib. 

 

 

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti