“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 yanvar 2024

Berlində Qara Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanın Almaniyadakı Səfirliyində 20 Yanvar şəhidlərinin anım günü bağlı tədbir təşkil olunub. Tədbir çərçivəsində faciəni əks etdirən foto-sərgi nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ilk öncə tədbir iştirakçılarını Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edib. Səfir 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı qırğınların törədildiyini, 250 mindən çox azərbaycanlının öz tarixi torparlarından didərgin salındığını qeyd edib. Bildirib ki, bu qırğınlar və Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları haqlı olaraq xalqımızın hiddətinə və Azərbaycanda milli azadlıq hərəkatının daha da baş qaldırmasına səbəb olmuşdu. Nəticədə, milli azadlıq hərəkatının yatırılması məqsədilə Sovet qoşunları tərəfindən Bakıda Qara Yanvar faciəsi törədilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Moskvada bu faciənin tördilməsini sərt şəkildə pislədiyi qeyd edilib. Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının əzmini qıra bilmədiyi, əksinə onun azadlıq uğrunda mübarizəsini daha da alovlandırdıraraq, Azərbaycanda Sovet hakimiyyətinə son verildiyi və 1991-ci ilin oktyabr ayında Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyi qeyd edilib.

Sonra Azərbaycan-Almaniya Forumunun icraçı direktoru Pərviz Yazdaniyə çıxış edərək, Qara Yanvar faciəsinin Azərbaycan xalqının milli özünüdərk prosesindəki rolundan danışıb. Almaniyanın yenidən birləşməsi və Azərbaycanın SSRİ-dən ayrılaraq öz müstəqilliyini bərpa etməsi arasında müqayisə aparan Yazdani, Qara Yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunduğunu bildirib.

Tədbir Berlində fəaliyyət göstərən azərbaycanli pianoçu Fidan Ağayeva-Edlerin ifası ilə davam edib.

Sonda Qara Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.

Paylaş

Konsulluq xidməti və Viza
Səfirliyin konsulluq bölməsinin əlaqə məlumatları Viza The COP29 special visa regulation Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi qaydaları Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydaları Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydaları Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti