“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 fevral 2023

Berlində Xocalı soyqırımının 31-cü ildönümü anılıb

Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Almaniyadakı səfirliyi 24 fevral 2023-ci il tarixində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-cü ildönümü ilə bağlı anım tədbiri keçirib. Tədbirdə həmçinin Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil olunub.

Tədbirin əvvəlində Xocalı soyqırımının şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımına dair Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən hazırlanmış qısa film nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Xocalı soyqırımının Soyuq Müharibənin bitməsindən sonra Avropada baş vermiş ilk soyqırımı olduğunu bildirib. Səfir bu insanlıq əleyhinə cinayəti törədənlərin hələ də məsuliyyətə cəlb olunmadığını söyləyib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya Ədalət” kampaniyası nəticəsində Xocalı soyqırımının beynəlxalq arenada tanınması sahəsində böyük irəliləyişlər olduğunu, habelə bir çox ölkələrin, o cümlədən 20-dən artıq ABŞ ştatının bu qətliamı rəsmən pislədiyini söyləyib. N.Ağayev belə cinayətlərin bir daha baş verməməsi üçün bu soyqırımının beynəlxalq səviyyədə layiqli qiymət almasının zəruriliyini vurğulayıb.

Səfir, 2020-ci ildə Azərbaycanın əz ərazilərini işğaldan azad etdiyini və beynəlxalq hüququ bərpa etdiyini qeyd edərək, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının və Murovdağ zirvəsinin azad edilməsində böyük şücaət göstərmiş, minaya düşərək iki ayağını itirmiş XTQ mayoru Polad Rzayevin tədbirdə iştirak etdiyini bildirib. P.Rzayevin Berlində Almaniya ordusunun xəstəxanasında müalicə alaraq protezlərlə təmin edildiyini və bunun nəticəsində artıq tam sərbəst hərəkət etdiyini qeyd edən N.Ağayev, P.Rzayevi və onun alman həkimi Gernot Kreçmeri səhnəyə dəvət edib. P.Rzayev Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin  bərpa olunması uğrunda döyüşməsindən qürur duyduğunu bildirib, ona son iki ildə dəstək göstərən hər kəsə təşəkkürünü ifadə edib. G.Kreçmer P.Rzayevin mətanətli Azərbaycan əsgəri olduğunu, onun polad iradəsinin müalicəsinin uğurla nəticələnməsində və ayağa qalxmasında böyük rol oynadığını qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov öz çıxışında Xocalı soyqırımının Azərbaycan xaqının yaddaşında buraxdığı dərin izdən bəhs edib, parlament xəttilə soyqırımı haqda həqiqətlərin dünyada yayılması istiqamətində səylərdən danışıb.

Çıxışlardan sonra anım konserti keçirilib. Konsertdə Avropa və Almaniyada fəaliyyət göstərən azərbaycanlı və xarici musiqiçilər - skripkada Anar İbrahimov (Bramo), pianoda Abuzər Manafzadə, fleytada Olqa Zernayeva, vokalistlər Orxan Cəlilov və Günel Şirinova, eləcə də “Xəzər Kamera Filarmoniyası” kvintetinin üzvləri Azərbaycan bəstəkarları – Qara Qarayev, Fikrət Əmirov, Sevil Əliyeva, Arif Məlikov, Azəf Zeynallı, Fərhad Bədəlbəyli, habelə xarici bəstəkarların əsərlərini səsləndiriblər. Abuzər Manafzadənin müəllifi olduğu “Xocalı” əsəri konsert iştirakçılarının xüsusi marağı ilə qarşılanıb.

Sonra ehsan verilib.

Tədbirin qısa videosuna bu link vasitəsilə baxmaq mümkündür: https://youtu.be/FFC-VpkgyVU

 

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti