Berlində Yaşıl Enerji Dəhlizi layihəsinə həsr olunmuş tədbir keçirilib
Səfirlik və Alman İqtisadiyyatının Şərq Komitəsinin birgə təşkilatçılığı ilə Berlində “Yaşıl Enerji Dəhlizi 2025–2040: Xəzər dənizindən Avropaya bağlantı” adlı tədbir keçirilib.
Tədbirdə “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) icraçı direktoru Fərhad Məmmədov və “SOCAR Green"nin baş direktoru Elmir Musayev Yaşıl Enerji Dəhlizi layihəsinin son icra vəziyyəti, məqsədləri və imkanları barədə təqdimatla çıxış ediblər.
Müzakirələr zamanı sərhədləri aşan yaşıl enerji əməkdaşlığının inkişafında Azərbaycanın artan rolu vurğulanıb.