“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 yanvar 2023

Berlində Qara Yanvar şəhidlərinin anım günü ilə bağlı tədbir keçirilib

18 yanvar 2023-cü il tarixində Berlində Azərbaycanın Almaniyadakı səfirliyində Qara Yanvar şəhidlərinin anım günü bağlı tədbir təşkil olunub. Tədbir çərçivəsində faciəyə həsr olunmuş foto-sərgi nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edib. O, ilk öncə iştirakçıları 1 dəqiqəlik sükutla Qara Yanvar şəhidlərinin əziz xatirəsini anmağa dəvət edib. Səfir çıxışında 20 yanvar 1990-cı il tarixi ərəfəsidə ölkəmizdə gedən ictimai-siyasi proseslərə nəzər salıb. N.Ağayev Ermənistanda yaşayan azərbaycanlılara qarşı 1987-ci ildən başlayaraq törədilən poqromlar və etnik təmizləmə siyasətindən, Azərbaycana qarşı qaldırılan ərazi iddialarından, habelə o zamankı sovet rəhbərliyinin ölkəmizə qarşı ədalətsiz siyasətindən bəhs edib. Bütün bunların azərbaycanlıların azadlıq arzusunu gücləndirdiyini bildirən səfir sovet qoşunlarının ölkəmizə müdaxiləsinin, habelə 19-20 yanvar tarixlərində mülki əhaliyə qarşı törədilən qətliamın xalqımızın müstəqilliyə qovuşmaq iradəsini qıra bilmədiyini vurğulayıb. N.Ağayev, həmçinin müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin 20 yanvar faciəsindən sonra xalqla birlik nümayiş etdirdiyini, xalqımıza qarşı törədilən bu cinayəti qətiyyətlə pislədiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan-Almaniya Forumunun idarə heyətinin üzvü Samirə Patser-İsmayılova Qara Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında buraxdığı dərin izlərdən danışıb. O, müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini vurğulayıb.

Tədbir çərçivəsində keçirilmiş konsertdə Almaniyada fəaliyyət göstərən pianoçu Məsumə Dadaşovanın ifasında tanınmış Azərbaycan və Avropa bəstəkarlarının musiqi əsərləri səsləndirilib.

Sonra ehsan verilib.

 

Tədbirin qısa videosuna bu link vasitəsilə baxmaq mümkündür: https://youtu.be/713m1lCOSsM

 

Paylaş

Konsulluq xidməti və Viza
Ümumi məlumat Viza Pasport Konsulluq qeydiyyatı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Almaniyada dünyaya gəlmiş Azərbaycan Respublikası vətəndaşlarının sənədləşdirilməsi qaydası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası Almaniyanın səlahiyyətli qurumları tərəfindən verilmiş sənədlərin Səfirliyin konsulluq bölməsində leqallaşdırılması qaydası Notarial xidmətlər Almaniya Federativ Respublikasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları tərəfindən məlumatın verilməsi qaydası Azərbaycan Respublikası vətəndaşlığından çıxma Azərbaycan Respublikasının vətəndaşlığına bərpa Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ölümün qeydə alınması VVADQ haqqında təkrar şəhadətnamələrin verilməsi Məhkumluq haqqında arayışın verilməsi Subaylıq haqqında arayışın verilməsi Təqaüd haqqında arayış Nikahın pozulmasına dair Almaniya Federativ Respublikası məhkəmələrinin qərarlarının Azərbaycan Respublikasında tanınması qaydaları Səyahət xəbərdarlığı COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydadları Einreisebestimmungen bei Pressereisen Digər Konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri Almaniya Federativ Respublikasında soyadını və ya adını dəyişmiş vətəndaşlara yeni məlumatlara əsasən ümumvətəndaş pasportunun rəsmiləşdirilməsinə dair Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqəsinin doğruluğunun təsdiq edilməsi qaydası Qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti