Səfir Nəsimi Ağayev Berlində keçirilmiş Həkimlər Qurultayında iştirak edib
Səfir Nəsimi Ağayev Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (DAMV) təşkilatçılığı ilə 26 aprel tarixində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmiş Həkimlər Qurultayında iştirak edib.
Almaniya və Avropanın digər ölkələrindən olan 200-dək həkimin qatıldğı tədbirin məqsədi təcrübə mübadiləsi, şəbəkələşmə və Azərbaycan səhiyyəsinin inkişafına mümkün dəstəyin müzakirəsi olub. Qurultayda Xankəndidə yerləşən Qarabağ Universitetinin təmsil olunması isə tarixi bir hadisə kimi yadda qalıb.
https://azertag.az/xeber/berlinde_azerbaycanli_hekimlerin_qurultayi_kechirilib-3525815