Səfir Nəsimi Ağayev keçmiş Bundestaq deputatı Niko Tippelt ilə görüşüb
Səfir Nəsimi Ağayev 2021-2025-ci illərdə Almaniya Bundestaqının deputatı olmuş Niko Tippelt ilə görüşüb.
Görüş zamanı Niko Tippeltin Azərbaycana etdiyi səfər və Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri müzakirə olunub. Səfir Nəsimi Ağayev ötən illər ərzində uğurlu əməkdaşlığa və Cənubi Qafqazda sülh və qarşılıqlı anlaşmanın təşviqinə verdiyi dəyərli töhfələrə görə Niko Tippeltə təşəkkürünü bildirib.